Icma.az
close
up
RU
“Kontakt Home”un adından kütləvi dələduzluq Şirkətin müəmmalı seyrçiliyi ARAŞDIRMA

“Kontakt Home”un adından kütləvi dələduzluq Şirkətin müəmmalı seyrçiliyi ARAŞDIRMA

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin adından açılan İnstagram səhifəsi vasitəsilə vətəndaşlar aldadılır.

Bakupost.az -a daxil olan şikayətlərə görə, “Kontakt Home”un loqosundan istifadə edən, aylardır fəaliyyət göstərən səhifə hazırda da aktivdir. Bu səhifə vasitəsilə "onlayn satış" adı altında vətəndaşların hesablarından yüksək məbləğdə pullar çıxarır.

“kantakt_home” adı ilə fəaliyyət göstərən həmin səhifənin 221 min izləyicisi və 4 mindən çox paylaşımı var.

Məlumata görə, artıq bir neçə şəxs səhifənin qurbanına çevrilib. Onlardan biri haqqında Elmar Məmmədov adlı istifadəçi məlumat verib . O bildirib ki, iş yoldaşı səhifədə yerləşdirilən “endirimli iPhone” elanına inanaraq şəxsi məlumatlarını təqdim edib və nəticədə 1000 AZN pul itirib.


Elmar Məmmədovun sözlərinə görə, məlum səhifə yalnız bir gün ərzində müxtəlif insanlardan ümumilikdə 37,000 AZN məbləğində vəsait əldə edib.

Qeyd edək ki, saxta səhifə ilə mağazanın rəsmi İnstagram hesabı arasında yalnız bir hərf fərqi var. Belə ki, rəsmi səhifə kontakt_home, saxta səhifə isə "kantakt_home kimi yazılır. Həmçinin saxta səhifənin paylaşdığı postların altında çoxsaylı rəylər mövcuddur. Bu rəylər real şəxslərin fikirlərinə bənzəsə də, onların saxta profillərdən yazıldığı hiss olunur. Rəylərdə məhsulun vaxtında çatdırıldığı, əməkdaşların nəzakətli, kampaniyaların isə möhtəşəm olduğu bildirilir.

Onlardan bəzilərini təqdim edirik:


Digər şikayətçi Anar İmanoğlu isə bildirib ki, “Kontakt Home” məsələ ilə bağlı heç bir tədbir görmür:

“Araşdırmırlar. 7-8 ay əvvəl də biz zəng etmişdik. Dedilər, dələduzlardır. Özü də linkə keçid edərkən sayt açılan zaman “Kontakt Home”un loqosu və interfeysi açılır. Bir qram fərqlənmir.”

Maraqlıdır, kifayət qədər böyük auditoriyası olan bu səhifə uzun müddətdir fəaliyyət göstərir və Kontak Home-un adından istifadə edir. Bəs nədən şirkət öz nüfuzunun qayğısına qalmır? Axı indiyə qədər bu səhifənin qeyri-qanuni fəaliyyəti ilə bağlı rəsmi açıqlama yayıb vətəndaşları məlumatlandırmaq, həmçinin onun bağlanması üçün tədbirlər görülə bilərdi. Bəs, nədən bu addım atılmayıb?

Bu suallarla “Kontakt Home”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova ilə əlaqə saxladıq. O, Bakupost.az -a açıqlamasında belə saxta səhifələrin olduğunu etiraf etdi:

“Təəssüf ki, “Kontakt”ın adından və etibarlılığından (??) istifadə edən saxta səhifələr olduğunun şahidi oluruq. Müştərilərimizin aldanmaması üçün bu cür halları aşkar etdikdə dərhal şikayət tədbiri görürük. Eyni zamanda, hüquq-mühafizə orqanlarına bu barədə rəsmi müraciət olunub. Bununla yanaşı, belə halların qarşısını almaq üçün mütəmadi olaraq rəsmi sosial şəbəkələrimiz vasitəsilə maarifləndirici paylaşımlar edir və izləyicilərimizi diqqətli olmağa çağırırıq. Xahiş edirik ki, yalnız rəsmi kontakt_home səhifələrimizə etibar etsinlər və şübhəli linklərə daxil olmasınlar.”

Lalə,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri