Konte bu futbolçulardan birini Napoli yə gətirəcək ADLAR
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Napoli"nin baş məşqçisi Antonio Konte müdafiə xəttinə yeni futbolçu cəlb etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Xəbərə görə, italiyalı çalışdırıcı artıq bununla bağlı rəhbərliyə müraciət edib. Kontenin komandada görmək istədiyi futbolçulardan üçünün adı açıqlanıb. Bunlar Conni de Vinter ("Cenoa"), Omar Sole ("Udineze") və Sem Boekemandır ("Bolonya"). Neapol təmsilçisinin bu müdafiəçilərdən biri ilə müqavilə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, 33 tura 71 xal toplayan "Napoli" A Seriyasının turnir cədvəlində ikinci pillədə mövqe tutub.
Baxış sayı:70
Bu xəbər 25 Aprel 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















