“Napoli”də Konte sevinci
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Napoli”də baş məşqçi Antonio Kontenin taleyi məlum olub.
Futbolpress.az xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis komandanı çempionat edən mütəxəssislə danışıb və onu qalmağa razı salıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Konte yeni mövsümdə də işinin başında olacaq.
Daha əvvəl mütəxəssisin “Yuventus”la danışıq apardığı bildirilirdi.

