Icma.az
close
up
RU
“Kontent və məzmunların yaradılmasında internet resurslarından effektiv istifadə edilməlidir” KONKRET

“Kontent və məzmunların yaradılmasında internet resurslarından effektiv istifadə edilməlidir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Cəmiyyətdə informasiyanı tənqidi şəkildə qəbul etmək problemləri mövcuddur. Bu baxımdan “media savadlılığı həftə”sinin keçirilməsinin olduqca böyük əhəmiyyəti var. Həm peşəkar jurnalistika, həm də cəmiyyət bunda udur. Çünki informasiyanın mənbələrini dəqiqləşdirmək təkcə jurnalistika və cəmiyyət məsələsi deyil. Bu ölkənin ümumi təhlükəsizliyinə xidmət edir. İnformasiya dezo şəklini alarsa, ötürülən xəbər yükü ciddi təhlil edilə bilməyəcək. Eləcə də nəinki media məzmununu effektivliyinə zərbə vuracaq, eləcə də dövlət – cəmiyyət və ya insanların bir-birinə münasibətlər forması da zədələnir, nəticədə məlumatların yayılma mexanizmləri işləmir. Müasir dünyada olduğu kimi, ölkəmizdə də media savadlılığı a ciddi əhəmiyyət verilməsi məhz bu məsələləri özündə ehtiva edir. Hər hansı informasiya mənbəyindən alınan xəbərin məzmunu hazırlanan mətnlərdə, video və fotolarda düzgün əks olunmalı, kontekstdən çıxarılmamalıdır. Həmçinin rəqəmsal platformalar və sosial şəbəkələr də bu prinsiplərə düzgün əməl etməlidir. Çünki bu, insanlara ağıllı qərarlar qəbul etməyə və manipulyasiyadan, saxta xəbərlərdən və dezinformasiyadan qaçmağa imkan verir.

Media savadlılığı özündə yalnız tənqidi düşüncəni, yəni mənbələrin və arqumentlərin etibarlılığını qiymətləndirmək bacarığı ilə məhdudlaşmır. Burada eyni zamanda media məzmununu təhlil etmək bacarığı ilə yanaşı ötürdüyü informasiyanın cəmiyyətə verdiyi siqnalların məqsədləri və onların qavrayışa necə təsir etdiyini müəyyənləşdirmək də var.

Ona görə də xəbər müəllifi və onu yayan subyekt etika və məsuliyyət məsələlərinə ciddi şəkildə əməl etməlidir. Əks təqdirdə cəmiyyəti xəbərlər qidalandıran tərəf mediadan istifadəni tənzimləyən qaydaları neqativ həcmdə pozacaq.

Media savadlılığının mahiyyətində rəqəmsal bacarıqlar da əsas yer tutur. Bu xəbər və təhlilin daha peşəkar ölçüdə təqdim etmə formasıdır.
Media savadlılığından adi anlayışlara malik olan şəxs və ya media internet resurslarından əhatəli istifadə yollarını bilməlidir. Məhz bu ardıcıllığı qoruyanlar yeni məzmun yaratmaq imkanını əldə edir, onlayn təhlükəsizliyini və uğurunu reallaşdırır.

Xəbər və ya təhlil, informasiyanın analizində dolğun kontentlər isə təbii ki, təcrübə əsasında formalaşır.
Həmin kontet və məzmunların yayılmasını internet resurslarını yaxşı mənimsəyən tərəf effektiv şəkildə həyata keçirəcək. Auditoriyanın maraq və ehtiyaclarını yaxşı bilən xəbər istehsalçısı ötürmə resurslarını qavrayan tərəflə vahid mexanizm quraraq media məhsullarının (mətnlər, videolar, fotoşəkillər) yaradılmasında heç bir çətinliklə üzləşmir.

Ümid edirik ki, keçirilən “Media savadlılığı həftəsi”ndə məsuliyyət daşıyan hər bir kəs insanlara informasiya axınında naviqasiya etməyə, obyektiv rəy formalaşdırmağa və manipulyasiyalardan qaçmağa yardım edə biləcək.

Natiq Səlim,

KONKRET.az

https://medialiteracy.media.gov.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Dekabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri