Icma.az
close
up
RU
Kontent oğurluğuna “yox” deyək

Kontent oğurluğuna “yox” deyək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə tez-tez rast gəlinən bir problem var: kiməsə məxsus yazı, foto və ya video icazəsiz paylaşılır, müəllifin adı isə ya göstərilmir, ya da ümumiyyətlə qeyd olunmur. Bu isə təkcə etik məsələ deyil, eyni zamanda hüquq pozuntusudur.

Məhz bu kimi halların qarşısını almaq və cəmiyyətdə müəllif əməyinə hörmət mədəniyyətini gücləndirmək məqsədilə “Rəqəmsal məkanda əqli mülkiyyətə hörmət” layihəsinə start verilir. Layihənin əsas məqsədi, xüsusilə gənclər arasında əqli mülkiyyət anlayışı barədə məlumatlılığı artırmaq, müəllif hüquqlarının əhəmiyyətini izah etmək və rəqəmsal platformalarda etik davranış qaydalarını təşviq etməkdir.

Layihə çərçivəsində “Əqli mülkiyyətə hörmət et!” sloqanı ilə maarifləndirici məqalələr hazırlanaraq aparıcı elektron KİV-lərdə dərc olunacaq və sosial mediada geniş yayılacaq. Yazılarda müəllif hüquqları, süni intellekt dövründə etik məsələlər, kontent istifadəsi qaydaları və hüquqi məsuliyyət kimi aktual mövzulara toxunulacaq.

Eyni zamanda, “Rəqəmsal İz” adlı internet TV proqramı çərçivəsində ekspertlər, media nümayəndələri və yaradıcı şəxslərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Verilişlərdə kontent oğurluğu, rəqəmsal mədəniyyət və media etikası kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq, izləyicilərə real nümunələr və praktik tövsiyələr təqdim ediləcək.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əqli mülkiyyətçilərə kömək” İB-nin icra etdiyi layihə çərçivəsində sosial media kampaniyası da həyata keçiriləcək. Hazırlanacaq qısa videoçarxlar vasitəsilə əqli mülkiyyətin qorunması, etik paylaşım və rəqəmsal məsuliyyət mövzularında maarifləndirici mesajlar geniş auditoriyaya çatdırılacaq.

Layihə çərçivəsində görüləcək işlər rəqəmsal mədəniyyətin formalaşmasına, müəllif hüquqlarının qorunmasına və cəmiyyətdə məsuliyyətli rəqəmsal davranışın təşviqinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri