Icma.az
close
up
RU
Könül dünyamızı şadlandıran ruh adamı

Könül dünyamızı şadlandıran ruh adamı

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elxan Məmmədlini qiyabi olaraq çoxdan tanıyırdım. Azərbaycan radiosunun “Sarıtel”, “Gözəlləmə”, televiziyanın isə “Ustadnamə”, “Sazın, sözün sehrində” verilişlərinin aparıcısı kimi, bütövlükdə Azərbaycan aşıq sənətinə dərindən bələdçiliyi, folklorumuza vurğunluğu, səsindəki qətiyyət, dilindəki, üslubundakı şirinlik diqqətimi həmişə çəkib.

2001-ci il idi deyəsən. Qış gecələrinin birində radioda “Sarıtel”ə qulaq asırdım. Verilişin qonağı yaşlı Şirvan aşığı idi. Elxan Məmmədlinin:

-Ustad, yaşın yetmişi haqlayıb, yaxşı bilərsən, Şirvanda neçə aşıq havası var? –sualına həmin aşıq:

-Dəqiq bilmirəm, 20-25 olar, - dedi.

Cavab məni necə qeyzləndirdisə, radionun üstünə bir qapaz vurdum. Aşıq Əhməddən eşitmişdim ki, Şirvan havacatlarının sayı 100-ə yaxındır. Lakin həm Şirvan aşıqları, həm də bu mühitin tədqiqatçıları tənbəllikdənmi deyim, etinasızlıqdanmı deyim, bu havaları araşdırıb rəsmiyyətə salmayıblar. Elə ona görə də, uzun müddət bəzi Qərb aşıqları, alimlər, qələm əhli Şirvan aşıq mühitini tənqid atəşinə tutublar...

Hə, qayıdıram sözümün canına. Elxan Məmmədli həmsöhbətinə:

-Ustad, efirdəsən, sözünə məsuliyyətlə yanaş! Şirvan aşıq havalarının elə 60-70-ni mən tanıyıram. Sizin kimi qocaman sənətkarlar belə səhvlər eləyərlərsə, gənc aşıqların sizdən öyrəndiyi yanlış olar...

Yerindəcə verilmiş bu qıpqırmızı cavab, sərt düzəliş Elxan Məmmədliyə hörmətimi, onun verilişlərinə marağımı birə-beş artırdı. Onu yaxından tanımaq, həmsöhbət olmaq keçdi könlümdən. Çox çəkmədi ki, AMEA Folklor İnstitutunun dissertantı oldum və institutun dəhlizində həmyerlim Ağaverdi Xəlilin rastlaşdığımız adamı mənə “Aşıq yaradıcılığı” şöbəsinin müdiri Elxan Məmmədli kimi təqdim etməsi bu arzumu reallaşdırdı. Elə o vaxtdan yaxından tanıdım Elxan müəllimi. Dostlaşdıq, necə varsa, eləcə - maskasız, sözünə, əməlinə düz, məsuliyyətli, dosta-tanışa sədaqətli, mehriban...Çox vaxt mənə “bacı” deyə müraciət etməsi, yazılarıma səmimiyyətlə münasibət bildirməsi bizi daha da doğmalaşdırmışdı...

2003-cü ilin payızında  Kürdəmirə Aşıq Şakirin  80 illik yubileyinə gəlişində iki gün qonağımız oldu. Çoxdan arzuladığı Aşıq Əhmədin ziyarətinə getdik. Aşıq Şakirin oğlanları Ağaməhəmmədlə, Məmmədağa ilə, Eynulla Cəbrayılovun şagirdi xanəndə Səfalı Əliyevlə həmsöhbət oldu Aşıq Əhmədin sazlı-sözlü ocağında. Özü demişkən, Kürdəmirə səfərindən ona bir bacı, 3-4 “Sarıtel” verilişi üçün dürlü-dürlü  söz, mənə isə bir etibarlı, sözübütöv, gözü, könlü tox qardaş qaldı...

2005-ci ildə üçüncü – Aşıq Əhliman Şirvanlıya ad etdiyim “Qoca Şirvanın balasıyam mən” kitabımın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrının binasında təqdimat mərasimini Elxan Məmmədli apardı. Namizədlik dissertasiyamın müdafiəsində də mənə yaxın dost kimi dayaq oldu Elxan Məmmədli. Ədəbiyyat muzeyində işə başlayandan sonra isə o, hazırladığım tədbirlərin əksəriyyətində  iştirak edirdi. 2012-ci ildə Şirvan Aşıqlar Birliyinin sədri Əməkdar Mədəniyyət işçisi Ağamurad Şirvanlıya həsr etdiyim kitaba ön söz yazaraq  redaktorluğunu da Elxan Məmmədli öz üzərinə götürdü...

Milli, əziz bayramımız olan Novruzun ilk günündə aldığım gözlənilməz, acı xəbərdən sarsıldım. İnternet saytında yazılırdı ki, tanınmış folklorşünas alim Elxan Məmmədli martın 21-də vəfat etdi... İnanmadım, axı 3 ay öncə Ağsuda məşhur balaban ustadı Kalvalı Əli Kərimovun yubiley tədbirinə dəvət etmişdim onu, çıxış da etdi. Həmişəki kimi yaşından çox gümrah, sağlam görünürdü. Yeni ildə də zəng vurmuşdu, qardaşımın vəfatını gec eşitdiyinə təəssüflənmiş, yas mərasimində iştirak edə bilmədiyi üçün üzrxahlıq etmişdi...Bir neçə gün acı xəbərin təəssüratından ayrıla bilmədim. Sən yaxşı adam idin, ağacların tumurcuqlayan, yarpaqların çırtlayan vaxtında yaxşıların sırasından bir yarpaq da qopdu...

Verilişləri, söz-söhbəti ilə könül dünyamızı şadlandıran ruh adamı, ruhun şad, məzarın nurlu olsun! 

Yaqut Bahadurqızı,
Filologiya üzrə fəlsəfə doktoru

  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Mart 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri