Icma.az
close
up
RU
Könül Həmzəyeva blogerləri şantaj edir? Həbsini istəyirlər

Könül Həmzəyeva blogerləri şantaj edir? Həbsini istəyirlər

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Çox maraqlıdır ki, "iş qurmaq" adı ilə mənə külli miqdarda dələduzluq edilsin və hansısa səbəblərdən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilməyərək polisin nəzarətinə verilsin.

Mən bu günə qədər susmuşamsa, bu, yalnız öz iradəmə, qadınlığıma və iki övladıma görə olub. Həmin şəxsin həyat yoldaşı mənə müraciət edərək, üç qız övladını nəzərə alaraq möhlət istəmiş, dəymiş zərərin ödənilməsini öz üzərinə götürdüyünü bildirmiş və xüsusilə bu məsələni ictimailəşdirməməyimi xahiş etmişdir.

Lakin barəsində dələduzluq maddəsi ilə cinayət işi açılmış şəxs həbs edilməsə də, bu günə qədər mənə dəymiş zərər ödənilməyib.Əksinə, ödənişdən imtina ediləcəyi bildirilib”.

Bakupost.az xəbər verir ki, bu sözləri influenser Fidan Zeyn küllü miqdarda dələduzluqda ittiham edilən “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barədə yazıb.

Fidan Zeyn iddia edir ki, K.Həmzəyeva hazırda azadlıqda olmasından istifadə edərək zərərçəkmiş şəxslərə təzyiq göstərir:

“Müxtəlif yollarla qorxu yaratmağa çalışması, barəmizdə yalan

məlumatlar yayacağı ilə hədələməsi halları mövcuddur. Bu isə onun azadlıqda qalmasının istintaqın normal gedişinə mane olmasına, zərərçəkmiş

şəxslərə təzyiq etməsinə və yeni hüquqazidd əməllər törətmə ehtimalına

əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki,

həmin şəxs barəsində daha ağır qətimkan tədbirinin - həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər zərurət mövcuddur. Xahiş edirəm, həmin şəxsin polisin nəzarəti qətimkan tədbiri ləğv edilərək barəsində həbs

qətimkan tədbirinin seçilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə göstəriş verəsiniz. Müraciətim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının Baş

Prokuroru cənab Kamran Əliyevə və Xəzər Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlanır”.

Qeyd edək ki, "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.


Xatırladaq ki, daha əvvəl tanınmış influenser Fidan Zeyn, “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı və bloger Aypara Məmmədova “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onlara qarşı dələduzluq etdiyini və küllü miqdarda vəsaiti mənimsədiyini iddia etmişdilər.


Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri