Könül Həmzəyeva ilə bağlı cinayət işinə xitam verildi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb.
Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatınagörə, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirildiyi iş üzrə bu gün Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.
Belə ki, Röyal Masiyev cinayət işi üzrə ardıcıl bir neçə dəfə üzrlü səbəb olmadan məhkəmədə iştirak etmədiyi üçün cinayət işinə bu əsasla xitam verilib.
Qeyd edək ki, Könül Həmzəyeva ilə bağlı tanınmış influenserlər Fidan Rzayevadan (Fidan Zeyn), Əfsanə Qasımovadan (Azerina), eyni zamanda daha bir şəxs də şikayətçidirlər. Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə başlanılan həmin cinayət işi isə hazırda Xətai RPİ-də araşdırılaraq istintaqı davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Noyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















