Icma.az
close
up
RU
Könül Kərimovanın adına olan sənəd saxta imiş Mübariz Məmmədov DANIŞDI

Könül Kərimovanın adına olan sənəd saxta imiş Mübariz Məmmədov DANIŞDI

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən Mübariz Məmmədov cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işin yenidən araşdırılması ilə bağlı prokurora qaytarılması, ibtidai istintaq zamanı qanun pozuntusunun mövcudluğunun müəyyən olunması barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırıb.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatəti təmin etməyib və bu məsələyə müşavirə otağında qiymət veriləcəyini açıqlayıb. 

Daha sonra Mübariz Məmmədov sərbəst ifadə verib. O bildirib ki, barəsindəki ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında verilib:

 "Həmin ərizədən sonra şübhəli şəxs qismində istintaqa cəlb olunmuşam. Məndən şirkətimin möhrünü tələb ediblər. Bunu da Sakit Məmmədov edib. Mən də bunu verməmişəm. Sakit Məmmədovun sifarişi ilə məni həbs ediblər. Müğənni Könül Kərimovaya aid olduğu deyilən mənzil mənə məxsusdur. Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, həmin mənzil də saxta müqavilə ilə ona verilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma olub, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd isə mənim adıma olan müqavilədir. 10 mənzil, iki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə əvvəlki dövrdə vəsatət vermişəm ki, həmin mülklərin üzərinə həbs qoyulsun, mənim təqsirim sübuta yetirilsə, həmin mülklər satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilsin. Amma bu vəsatətim təmin olunmadı. Həmin mülklər Sakit Məmmədov tərəfindən saxta sənədlər düzəldilərək satıldı".

Növbəti proses 7 oktyabr saat 10-a təyin olunub.

Xatırladaq ki, istintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib. Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri