Icma.az
close
up
RU
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı

Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq edildiyi, eləcə də müğənni Könül Kərimovanın adının da hallandığı cinayət işində təqsirləndirilən şəxslər - Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işinin bəzi detalları məlum olub. 

"Cebheinfo.az" "Unikal"-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, hər iki təqsirləndirilən şəxs vətəndaşların etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyinden istifadə etməklə ələ keçirib və hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə təkrar saxtalaşdırmış və qanunsuz hazırlayıblar. 

İttiham aktında göstərilib ki, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 46 saylı ünvanda yerləşən "ARAZ T.İ" MMC-nin binasında olan 156 kv olan 126 nömrəli mənzilin Sakit Məmmədova məxsus olmasına və həmin mənzillin müqavilə və maliyyə arayışının onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına olmasına baxmayaraq, həmin mənzili icazəsiz etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib. 

Belə ki, 2011-ci il avqustun 13-də Yasamal dakı Hüseyn Cavid prospekti, 48 saylı ünvandakı 558 və 566-cı məhəllələrdə yerləşən "ARAZ T.İ" MMC-nin ofisinde Elbrus Həsənova 156 min manat müqabilində qanunsuz satıb və həmin mənzili onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib. 

Bununla da o, Sakit Məmmədova küli miqdarda, yəni 156 min manat məbləğində ziyan vurmaqla dələduzluq edib. 

Bundan başqa, Mübariz Məmmədov "Hüquq-Ekspertiza Mərkəzi" MMC-nin rəhbəri olduğu müddət ərzində təkrarən tanışı Bəhram Abbasovun övladı Bəsrət Abbasovun təsisçisi olduğu "Konstra"
MTK-nın müxtəlif müştərilərə dəyərindən ucuz qiymətə və qanunsuz satılmış mənzillərini həmin şirkətə geri qaytaracağı ve mənzillərin satıldığı şəxslərə pulları geri ödəyəcəyi ilə bağlı hüquqi xidmətlər göstərəcəyi adı ilə yalan vəd verməklə 408 min, eyni zamanda "Konstra" MTK-nın layihə sənədlərinin hazırlanmasını və həmin sənədlərin dövlet ekspertizasında təsdiq edilməsini təşkil edəcəyinə dair yalan vəd vermeklə 175 min, ümumilikde 583 min manat pul vəsaitini ələ keçirib təkrar dəleduzluq edib. 

O, bundan başqa, digər təqsirləndirilən şəxs olan tanışı Elçin Bağırovla  faktiki olaraq mövcud olmayan mənzilləri satmaq adı ilə müştərilər tapmağı və saxta müqavilələr və maliyye arayışları hazırlamağı, müştərilərə guya ev satdıqları barədə görüntü yaradıb onları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini almağı razılaşıblar. 

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər. 

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Kərimova Qəmbər qızına məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Bundan başqa, M.Məmmədov "ARAZ T.P" MMC-nin binasında olan 156.85 kv-lıq 20 nömrəli mənzil Məhəmməd Süleymanova məxsus olmasına
baxmayaraq, həmin mənzili Təbriz Qədirovun anası Gülsarə Qədirovanın adına saxta sənəd hazırlayaraq 163 min manata satıb.

Qeyd edək ki, Mübariz Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), Elçin Bağırova isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri