Icma.az
close
up
RU
Könülləri paklandıran nadir ifa

Könülləri paklandıran nadir ifa

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qədir Rüstəmov – 90

Qədirin ürəklərdə yaşayan qədir–qiyməti

Evləri köndələn yar, sona bülbüllər,
Bizə gül göndərən yar, saçı sünbüllər.
Gülün yarpıza dönsün, sona bülbüllər,
Bizdən üz döndərən yar, saçı sünbüllər.

58 il əvvəl lentə alınmış “Sona bülbüllər” mahnısı xanəndə Qədir Rüstəmovun ecazkar səsi ilə bu gün də qəlbləri riqqətə gətirir. Xalq şairi Bəxtiyar Vahabzadə bu bənzərsiz ifa barədə belə demişdir: “Qədir Rüstəmov ifası ilə “Sona bülbüllər”ə, “Sona bülbüllər” isə ifaçıya heykəl ucaldıb”. Unudulmaz Xalq artisti Qədir Rüstəmov, doğrudan da, ilahi, nadir bir səs sahibi idi.

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində (BMM) sənətkarın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş xatirə gecəsi keçirildi. Qədirsevərlər bu günü böyük səbirsizliklə gözləyirdilər. Zalda boş yer yox idi.

Gecənin aparıcısı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin ilk sözü bu oldu ki, Qədir Rüstəmovun böyük xanəndə kimi yetişməsində onun dünyaya göz açıb böyüdüyü Ağdamın, bütövlükdə, Qarabağın musiqi mühitinin böyük rolu olub. Qədir orta məktəbi bitirdikdən sonra əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb. Daha sonralar isə Üzeyir Hacıbəyov adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib.

Qədir Rüstəmov Azərbaycan ifaçılıq sənətinə sanballı töhfələr verib. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyata vəsiqə qazanıb. Sənətkarın illər uzunu böyük şövqlə oxuduğu “Qarabağın maralı” , “Apardı sellər Saranı”, “Laçın” , “Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili”, “Sona bülbüllər” və s. mahnı və təsniflər xalqımızın musiqi xəzinəsinin dəyərli incilərinə çevrilib.

Xalq musiqisinin dərin bilicisi və təbliğçisi Mustafa Çəmənli xanəndə Qədir Rüstəmovdan danışdıqca onun sənətkara olan sevgi və rəğbəti tamaşaçıları da duyğulandırır, salonda coşqu yaradırdı:

– Onun ifa etdiyi bütün mahnılar gözəldir. Amma “Sona bülbüllər” sənət möcüzəsidir! Qədir Rüstəmov bu mahnını elə kövrək və yanıqlı səslə oxuyub ki, onu bundan sonra heç kim bu qədər təsirli ifa edə bilməz! Bu mahnı səsin əbədi abidəsidir!

Aparıcı sonra dedi ki, “Sona bülbüllər” mahnısı lentə alınarkən xanəndəni tarda ustad tarzən Əhsən Dadaşov müşayiət edib. Bu iki böyük sənətkarın parlaq istedadı və fədakarlığı sayəsində belə bir mükəmməl əsər yaranıb”.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas çıxışında bildirdi ki, Qədir Rüstəmovun ifası onun yaradıcılıq yoluna da təsir göstərib. “Sona bülbüllər”i ilk dəfə dinləyəndən sonra 17 yaşlı yazar “Evləri köndələn yar” povestini qələmə alıb. Aqil müəllim sonra söylədi ki, Qədirin səsini dinləyəndə insan daxilən paklaşır, həyat eşqi artır.

Telejurnalist Fəxrəddin Hacıbəyli Ağdamın işğalından sonra ailəsi ilə birlikdə Oğuzda məskunlaşmış Qədir Rüstəmov barəsində ssenari müəllifi olduğu “Qeybdən gələn səs” telefilminin çəkilişi zamanı müğənninin şəxsiyyətinin də saf və bənzərsiz olmasını yəqin etdiyini söylədi.

Tanınmış yazıçı Seyran Səxavət isə çıxışında Qədir Rüstəmovun şöhrətinin zirvədə olduğu zaman ondan müsahibə almasından, bu yazının geniş əks-səda doğurmasından, Ağdamda sənətkarla görüşlərindən söz açdı.

Xatirə gecəsində səslənən çıxışların çoxunda belə bir incə məqam vurğulandı ki, məcburi köçkün həyatı yaşadığı illərdə həyat yoldaşı Fatma xanım və 3 övladının qeyri-adi fədakarlığı olmasaydı, həssas qəlb sahibi olan Qədir Rüstəmov yurd itkisinin ağır möhnətinə heç cür dözə bilməzdi.

Mərasimdə o da vurğulandı ki, Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsindəki nailiyyətlərini dövlətimiz yüksək qiymətləndirib. O, “Xalq artisti” fəxri adına layiq görülüb. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, muğam sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. 1997-ci ildə ümummilli lider Heydər Əliyev yüksək mükafatı sənətkara şəxsən təqdim edib. Həmin mərasimdə dahi siyasətçi ilə xanəndə arasında səmimi dialoq uzun müddət yaddaşlara həkk olunub.

Yubiley məclisində Əməkdar artistlər – İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradova, Mustafa Mustafayev, Yusif Cəfərbəyli, Murad Laçın və başqaları xanəndənin repertuarında yer almış mahnıları və muğam parçalarını ifa etdilər. Əməkdar artist Azad Şükürov Qədir Rüstəmova həsr olunmuş şeiri səsləndirdi.

Muğam Mərkəzindən çıxanda istedadlı şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə müsahib olduq. Həmkarımız mərasimin böyük sənətkara layiq təşkil olunduğunu söylədi:

– Hər şey gözəl və mükəmməl idi! “Sona bülbüllər” əlçatmaz bir ucalıqda idi. Bircə cismani olaraq Qədir Rüstəmov burada yox idi! Böyük xanəndənin ruhu isə xatirəsinə olan xalq sevgisindən şaddır!

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri