Icma.az
close
up
RU
Azərbaycan Şərqdən Qərbə könülləri fəth edir

Azərbaycan Şərqdən Qərbə könülləri fəth edir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev may ayının 15-i Albaniyaya yola düşüb. O, Avropa Siyasi Birliyinin (ASB) 6-cı Zirvə toplantısında iştirak edib. Sözügedən tədbirdə 45 ölkənin dövlət başçısı, o cümlədən, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron, Paşinyan da olub. Tədbirdə qlobal və mühüm əhəmiyyətli məsələlər müzakirə edilib, ölkə başçıları arasında görüşlər baş tutub. Digər dövlət başçılarının İlham Əliyevə xoş və səmimi münasibəti diqqət çəkib. Bütün bunlar İlham Əliyevin artan nüfuzunun bariz nümunəsidir.

Azərbaycan günü-gündən güclənir və demək olar ki, bütün ölkələr bunun fərqindədir. Ölkəmizin nüfuzunun artması birbaşa İlham Əliyevin uğurlu xarici siyasəti ilə bağlıdır. Onun keçirdiyi görüşlər, apardığı müzakirələr Azərbaycanı hər gün daha da zirvələrə aparır. Artıq xeyli ölkə Azərbaycanı etibarlı tərəfdaş, dost ölkə kimi tanıyır. Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ard-arda Bakıya səfər etməsi, Prezident İlham Əliyevlə keçirdikləri görüşlər də Azərbaycanın artan əhəmiyyətindən xəbər verir. İlham Əliyev Şərqdən Qərbə könülləri fəth edir desək, heç də mübaliğəli olmaz. Çünki, həqiqətən də, həm Şərq, həm də Qərb ölkələri ilə münasibətlərimiz yüksək səviyyədədir. Onun siyasəti nəticəsində ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə güclü və sabit tərəfdaş imicini möhkəmləndirib.

Bir müddət əvvəl Aİ ilə münasibətlər yaxşı deyildi. Əvvəllər Azərbaycana qarşı bəzi hallarda qərəzli və haqsız yanaşmalar müşahidə edilirdi. Lakin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində bu neqativ meyillər aradan qaldırılıb və tərəflər arasında yeni qarşılıqlı anlayış formalaşıb. Yəni, Bakı geri çəkilmədi, əksinə, münasibətləri daha da sağlam hala gətirib. Aİ bu gün Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi görür və bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.

Bu gün Azərbaycanla bağlı reallıqların dəyişməsini Avropa İttifaqı da anlayır. Məlum məsələdir ki, Azərbaycan həm enerji, həm nəqliyyat, həm də regional sabitlik baxımından Avropa üçün önəmli və etibarlı tərəfdaşa çevrilib. Çünki bu bölgədə - istər Cənubi Qafqazda, istər Mərkəzi Asiyada, istərsə də Yaxın Şərqə uzanan xətlərdə - Azərbaycanla işləmək daha səmərəli və etibarlıdır.

Son zamanlar Aİ-nin Azərbaycana münasibətində də bu dəyişiklik hiss olunur. Estoniyanın Baş naziri Kaya Kallasın Bakıya rəsmi səfəri, Aİ Şurasının keçmiş prezidenti Antonio Koştanın Prezident İlham Əliyevlə telefon danışığı, Ursula fon der Lyayenin Koşta ilə birlikdə Prezidentlə görüşü - bütün bunlar Avropa İttifaqının Azərbaycana nə qədər ciddi yanaşdığını göstərir.

Bu kimi məqamlar deməyə əsas verir ki, Azərbaycan təkcə regionun deyil, artıq qlobal səhnənin də söz sahibi olan "orta güc" ölkələrindən birinə çevrilib. Xarici siyasətimizdəki balansın qorunması, Bir tərəfdən Çinlə strateji tərəfdaşlıqların qurulması, Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrin genişləndirilməsi, digər tərəfdən isə Aİ ilə münasibətlərin qarşılıqlı maraqlar əsasında aparılması buna nümunədir.

Bir vaxtlar Ermənistan Aİ ilə münasibətlərdə önə çıxmağa, özünü bölgənin əsas tərəfdaşı kimi göstərməyə çalışırdı. Aİ daxilində də bu yanaşıya dəstək verənlər tapılırdı. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bu planları nəticəsiz qoydu. Bu gün Azərbaycanla Aİ arasında münasibətlər normallaşıb, qarşılıqlı hörmət və etimada əsaslanır. Ermənistanın yaratmağa çalışdığı fərqli mənzərə isə artıq keçmişdə qalıb.

Prezidentin son səfəri çərçivəsində Avropa ölkələrinin liderləri ilə keçirdiyi hər bir görüş, hər bir təmas Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizlə əməkdaşlıq etmək istəyən tərəfdaşların sayının çox olduğunu göstərir.

Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təminatçısı kimi çıxış edən Azərbaycan regional çərçivəni aşaraq qlobal aktora çevrilməkdədir. Azərbaycan artıq öz sözünü deyən, mövqeyi hesaba alınan dövlətdir. Və bu reallığı nəinki regionda, elə Avropanın özündə də hər kəs görür və qəbul edir.

İslam
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see299

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see263

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see262

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see252

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see250

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see246

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see245

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see243

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see227

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see221

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see220

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see209

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see206

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see206

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see205

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see202

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see188

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see186

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri