Könüllü tibbi sığorta üzrə daha çox yığılıb, daha az ödənilib
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Mərkəzi Bankın hesabatına bildirilir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 121 milyon 901 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 236 min manat və ya 7,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 113 milyon 665 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 81 milyon 312 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 783 min manat və ya 7,7% azdır. Ötən ilin eyni dövründə 88 milyon 95 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 66,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 10,8 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 77,5% təşkil edib.(fed.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 27 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















