Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar azalıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 96,1 milyon manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.
Ötən ilin yanvar-avqust aylarında könüllü tibbi sığorta üzrə 101.4 milyon manat sığorta haqqı toplanılmışdı.
Hesabat dövründə sığorta şirkətlərinin tibbi sığorta üzrə edilən ödənişlərin həcmi 63.6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,1% çoxdur. 2025-ci ilin ilk 8 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 58.8 milyon manat olmuşdu.
Bu dövrdə könüllü tibbi sığorta üzrə zərərlilik də artıb. Belə ki, ötən ilin yanvar-avqust aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 58.1 manatını ödənişə yönəltmişdisə, bu ilin eyni dövründə bu rəqəm 66.2 manata yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 24 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















