Konya Texniki Universitetinin rektoru AzMİU da olub FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konya Texniki Universitetinin (KTU) rektoru professor Osman Nuri Çelik və baş katib Kamil Gök Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
"Unikal" xəbər verir ki, qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin rəhbər heyəti də iştirak edib. Tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan görüş zamanı tərəflər elm, təhsil, startap təşəbbüsləri və beynəlxalq layihələr üzrə birgə fəaliyyət istiqamətlərini nəzərdən keçiriblər.
Qeyd edək ki, AzMİU ilə KTU arasında 21 yanvar 2025-ci il tarixində onlayn formatda əməkdaşlıq müqaviləsi imzalanıb. Bundan əvvəl, 2024-cü ilin noyabrında AzMİU nümayəndələri KTU-nun prorektoru professor Dr. Hüseyin Deveci ilə görüşərək universitetlərin beynəlxalq reytinq göstəriciləri və elmi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra Konya Texniki Universitetinin nümayəndələri AzMİU-nun infrastruktur imkanları ilə tanış olub, imtahan sessiyasını izləyiblər.
AzMİU ilə KTU arasında qurulan əlaqələrin gələcəkdə ikili diplom proqramları, birgə tədqiqat layihələri və tələbə-müəllim mübadiləsi kimi istiqamətlərdə genişlənəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















