Icma.az
close
up
RU
AzMİU Konya Texniki Universiteti ilə əməkdaşlıq edəcək AZƏRTAC

AzMİU Konya Texniki Universiteti ilə əməkdaşlıq edəcək AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əlaqələrini daha da genişləndirmək istiqamətində növbəti uğurlu addım atıb. Bu məqsədlə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə Türkiyənin Konya Texniki Universitetinin rektoru professor Osman Nuri Çelik arasında onlayn görüş keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə təhsil və elmin inkişafına dair aktual mövzular müzakirə edilib, ortaq fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın iki qardaş ölkənin təhsil sahəsində əlaqələrini genişləndirəcəyinə əminlik ifadə ediblər.

Görüşün sonunda AzMİU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində ali təhsil müəssisələri birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqatların aparılması, elmi seminar və konfransların keçirilməsi, birgə nəşrlərin çap olunması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək istiqamətində gördüyü işlər universitetin, həmçinin Azərbaycan elminin qlobal miqyasda tanınmasına xidmət edir. Bu müqavilə də təhsil və elmin inkişafı istiqamətində uğurlu nəticələr verəcəyinə dair böyük ümidlər yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri