Icma.az
close
up
RU
“Kopernik”: 2024cü il müşahidələr tarixində rekord həddə isti il olub AZƏRTAC

“Kopernik”: 2024cü il müşahidələr tarixində rekord həddə isti il olub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

2024-cü il dünyanın ən isti ili olaraq təsdiqlənib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən “Kopernik” İqlim Dəyişikliyi Xidməti (C3S) iqlim dəyişikliyinə qarşı qətiyyətli qlobal tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, 1850-ci ildə müşahidələrin başlanmasından bəri 2024-cü ilin ən isti il olduğunu təsdiqləyib.

2024-cü il həm də orta qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsini aşdığı ilk təqvim ili kimi qeyd olunur ki, bu da Paris Sazişi ilə müəyyən edilmiş kritik həddidir. “Kopernik” qeyd edib ki, 2024-cü ildə qlobal orta temperatur 15,1 dərəcə Selsi olub ki, bu da 2023-cü ildən 0,12 dərəcə, sənayedən əvvəlki səviyyədən isə 1,6 dərəcə yüksəkdir.

Açıqlamada əlavə edilib ki, 2023 və 2024-cü illər üçün iki illik orta göstərici də sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi həddini keçib. Paris Sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən iki dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmağa və bu əsrin sonuna qədər onu 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmağa çalışır.

“Kopernik” vurğulayıb: “Bu, Paris Sazişində müəyyən edilmiş həddi pozduğumuz anlamına gəlməsə də, ən azı 20 il ərzində orta hesabla müşahidə olunan temperatur anomaliyalarına aiddir və qlobal temperaturun müasir insanların indiyədək yaşadıqları həddən daha çox olduğunu göstərir”.

İqlim dəyişikliyi xidmətinin məlumatları göstərir ki, atmosferdəki su buxarının ümumi miqdarı 2024-cü ildə rekord həddə çatıb və hazırda 1991-2020-ci illərin orta göstəricisindən təxminən 5 faiz yuxarı və 2023-cü ildəkindən xeyli yüksəkdir.

“Bu yüksək qlobal temperaturlar 2024-cü ildə rekord qlobal atmosfer su buxarı səviyyələri ilə birlikdə milyonlarla insan üçün fəlakətə səbəb olan görünməmiş istilik dalğaları və güclü yağış hadisələri deməkdir”, deyə Avropa İqlim Mərkəzinin eksperti Samanta Burgess bildirib.

C3S iqlimşünası Julien Nikolas ekstremal temperaturları ilk növbədə insanların yaratdığı iqlim dəyişikliyi ilə əlaqələndirib və əlavə edib ki, El-Nino kimi digər amillər Sakit okeanda okean səthinin temperaturunu qızdıran təbii iqlim modelidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri