Icma.az
close
up
RU
2024cü il Türkiyədə bərpaolunan enerji sahəsində rekord ili olub AZƏRTAC

2024cü il Türkiyədə bərpaolunan enerji sahəsində rekord ili olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 15 yanvar, AZƏRTAC

Ötən il Türkiyənin bərpaolunan enerji sektoru üçün rekord il olub. Ölkədə günəş və külək elektrik stansiyalarının quraşdırılmış gücü 6,2 min MVt artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib.

“Ümidvaram ki, 2025-ci il bərpaolunan enerji mənbələrinə arxalanan enerji şirkətləri üçün daha da uğurlu bir il olacaq”, - deyən Bayraktar, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı hədəflərə, xüsusən də Türkiyənin günəş və külək enerjisinin ümumi tutumunu gətirəcəyinə əminliyini ifadə edib. O əlavə edib ki, külək elektrik stansiyalarının gücü 2035-ci ilə qədər 120 min MVta çatacaq.

Bayraktar, həmçinin 2028-ci ilə qədər Türkiyədə dəniz külək stansiyalarının tikintisinə başlamaq planlarını bölüşüb.

Türkiyəli nazir daha sonra hökumətin cari il üçün neft-qaz sektoru üzrə hədəflərini açıqlayıb. O qeyd edib: “Artıq bu il Qara dənizdəki ən böyük yerli yataq olan “Sakarya”da qaz hasilatını sutkada 30 milyon kubmetrə, Şırnakın Qabar dağı ərazisindəki neft yatağında isə gündəlik 100 min barelə çatdırmağı planlaşdırırıq”.

Alparslan Bayraktar etiraf edib ki, daxili yataqların işlənilməsi gələcəkdə ölkənin artan enerji ehtiyacını ödəməyə bilər. Nazir əlavə edib: “Bu baxımdan dünyanın digər regionlarında neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsinin aparılması çox vacibdir”.

O, öz ölkələrində çox vaxt bir kubmetr belə qaz hasil etməyən, lakin dünyada enerji resurslarının ən böyük istehsalçıları olan Qərb enerji şirkətlərini misal çəkib. Nazir ölkənin kəşfiyyat və qazma donanmasının artırılmasını xatırladaraq əlavə edib: “Türkiyədən kənarda enerji sektorunda aktiv addımların atılmasını zəruri hesab edirik”.

Hökumətin nüvə enerjisi sahəsində planlarına toxunan Bayraktar qeyd edib ki, Türkiyə 2028-ci ilə qədər Mersində “Akkuyu” AES-in bütün reaktorlarını işə salmağı, həmçinin Sinop və Trakyada iki yeni AES layihələri üzərində işə başlamağı planlaşdırır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri