Icma.az
close
up
RU
“Koreya düyünü” aktuallaşır...

“Koreya düyünü” aktuallaşır...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Hər iki tərəf nüvə qarşıdurmasından danışır

Müharibə baş verərsə, müttəfiqlər müdaxilə edəcək...

Mərkəzi Avropada davam edən qütblərarası qarşıdurma Uzaq Şərqdə özünü fərqli statusla büruzə verməkdədir. 74 illik tarixə söykənən “Koreya düyünü” yenidən aktuallaşır. Düzdür,ötən dövrdə cənublu şimallı Koreya arasında qısa fasilələri nəzərə almasaq, heç də sabit bir münasibət formalaşmayıb. Amma silahlı insidentə çevrilə biləcək hər hansı bir qarşıdurma da yaşanmamışdı - amma deyəsən sükut pozulur.

KXDR raket buraxır, PUA zərərsizləşdirir...

Son günlərdə Koreya Xalq demokratik Respublikasının yenidən ballistik raket “təcrübələrinə” müraciət etməsi cənub qonşusu tərəfindən həyacanla qarşılanıb. Bunun qarşılığında Cənubi Koreya sərhədyanı bölgəni nəzarətə almaq üçün bir sıra tədbirlərə əl atıb. Amma bu “tədbirlər” əks-effekt verir - belə ki, Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının Pxenyanın ərazilərindən birində tapılması qarşılıqlı ittihamları kəskinləşdirib. Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) Şimali Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, Cənubi Koreyanın yeni hərbi müdaxiləsi müharibə elanı sayılacaq və cavab zərbələri ilə nəticələnəcək. Nazirlik Seulun hərbi obyektlərinin KXDR ərazisinə, hava məkanına və ərazi sularına təkrar müdaxiləsinin Pxenyan tərəfindən ölkənin suverenliyinə qarşı ciddi hərbi təxribat, habelə müharibə elanı kimi qiymətləndiriləcəyini vurğulayıb. “Bunun ardınca dərhal cavab zərbələri endiriləcək”, - nazirlik bəyan edib.

Bu arada Şimali Koreya şərq suları istiqamətində bir neçə yaxınmənzilli ballistik raket buraxıb. Baş qərargah Şimali Koreyanın raket buraxılışı barədə məlumatları ABŞ və Yaponiya ilə bölüşdüyünü bildirib. Yaponiya sahil mühafizə xidməti ballistik olduğu güman edilən raketin ölkənin dənizdəki məxsusi iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb. Qeyd edək ki, Şimali Koreyanın raket buraxılışı ABŞ-dakı prezident seçkiləri ərəfəsində baş tutub.

Eyni zamanda, Şimali Koreya onu Cənubi Koreya ilə birləşdirən keçmiş avtomobil yolları və dəmir yolu xətlərinin yerində tank əleyhinə ərazilər və torpaq qalalar tikib. Donqhae və Kyonyi xətlərində tankların hərəkətinin qarşısını almaq üçün xəndəklər olan tank əleyhinə ərazilər, eləcə də torpaq bəndlər yaradılıb. Donqhae qolunda tank əleyhinə ərazi 160 metr enində və on metr uzunluğunda olan hissədə yaradılıb. Bundan bir qədər əvvəl Şimali Koreyanın Cənubi Koreya ilə sərhəddəki artilleriya ekipajlarının döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi bildirilirdi.

Müttəfiqlər hərbi təlimə başlayıblar...

Cənubi Koreya isə özünün müttəfiqləri ilə hərbi təlimlərini davam etdirir. Rəsmi Seul ABŞ və Yaponiya ilə birgə və strateji bombardmançı “B-1B”nin iştirakı ilə hərbi təlimlər keçirib. Manevrlər Koreya yarımadasının cənubunda keçirilib və KXDR-in qitələrarası ballistik raket buraxmasına cavab kimi nümayiş olunub. Təlimlər zamanı Cənubi Koreya, ABŞ və Yaponiyadan olan döyüş təyyarələrini Amerikanın “B-1B” strateji bombardmançıları müşayiət edib. “B-1B”nin gücünü nümayiş etdirmək üçün hədəfə zərbələr də tətbiq edilib.

Nüvə ritorikası aktuallaşır...

Qeyd edək ki, hazırki qarşıdurma mənzərəsində ən təhlükəli məqam hər iki tərəfin nüvə silahı mövzusuna aktiv şəkildə müraciət etməsidir. Belə ki, KXDR qarşıdurmaların yaşanacağı təqdirdə nüvə silahına “müraciət edəcəyini” istisna etmir. Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib ki, Koreya yarımadasında və ona bitişik regionda qüvvələr paritetinin pozulması müharibəyə gətirib çıxaracaq, ona görə də Şimali Koreya həmişə öz nüvə arsenalını gücləndirmək xəttinə sadiq qalacaq. “Bu gün Koreya yarımadasında və regionda düşmənlərlə bizim aramızda güc paritetinin pozulması - bu, dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyən obyektiv reallıqdır”, - Koreya Mərkəzi Xəbər Agentliyi onun sözlərini sitat gətirib. O xatırladıb ki, ABŞ, Yaponiya və Koreya Respublikası noyabrın 3-də döyüş təyyarələri və “B-1B” strateji bombardmançı təyyarənin iştirakı ilə təlimlər keçirib və bu təlim zamanı onlar “dərhal və dəqiq zərbə endirməyi” məşq ediblər. “Bu, ölkəmizin düşmənlərinin təhlükəli, aqressiv təbiətinin daha bir aydın, təsirli izahıdır”, - deyə Kim Yo Conq əlavə edib.

KXDR-a xəbərdarlıq:

... istənilən nüvə hücumu

KXDR-ın nüvə mövzusuna müracitə etməsi Cənubi Koreyanın müttəfiqlərini də hərəkətə gətirib. ABŞ və Cənubi Koreya arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığa dair ilkin razılıq əldə ediblər. Belə ki, noyabrın 1-də rəsmi Vaşinqton və Seul nüvə enerjisinin ixracı və əməkdaşlığı ilə bağlı prinsiplərə dair anlaşma memorandumunu yeniləyib. Bununla da ölkələr mülki nüvə enerjisi texnologiyalarının ixracına nəzarəti gücləndiriblər.

Paralel olaraq ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsini davam etdirmək niyyətində israrlı olduğunu bildirir. Vaşinqtonda ABŞ-ın xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunlarına dair birgə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib ki, siyasətimiz dəyişməz olaraq qalacaq: Koreya yarımadasının tam nüvəsizləşdirilməsi.

Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol isə bildirib ki, KXDR-in tam nüvəsizləşdirilməsi məqsədi bir daha təsdiqlənib. Birləşmiş Ştatlar cari görüşdə Koreya Respublikasına qarşı genişlənmiş çəkindirmə tədbirlərinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. KXDR tərəfindən Koreya Respublikasına edilən istənilən nüvə hücumu sürətli, böyük və qətiyyətli cavabla qarşılanacaq”.

Aİ də qoşuldu...

Eyni zamanda, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq barədə razılıq əldə edilib. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin kommünikesində deyilir. Razılaşma noyabrın 4-də Seulda Avropa İttifaqı ilə Cənubi Koreya arasında ilk strateji dialoq zamanı əldə olunub. Sənəd dəniz təhlükəsizliyi, kosmik və kiber məsələlər, xarici informasiya manipulyasiyası və müdaxiləsinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı əhatə edir. Saziş mürəkkəb təhlükəsizlik problemlərinin həlli üçün birgə imkanların strateji əhəmiyyətini vurğulayır.

Rusiya hərbi yardım edəcək...

Müttəfiqlərin KXDR-a qarşı aktiv işbirliyi qarşı tərəfi də hərəkətə keçirib. Belə ki, Cənubi Koreyanın aktiv dəstəklənməsi Şimali Koreyanın da tərəfdaşlarının diqqətindən yayınmayıb. “The Korea Herald”ın məlumatına görə, Rusiya Cənubi Koreya ilə müharibə halında Şimali Koreyaya qoşun göndərəcəyinə söz verib. Milli Assambleyanın Milli Kəşfiyyat Komitəsinin üzvü, Seulun Rusiyadakı keçmiş səfiri Vi Son Lakın sözlərinə görə, Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq Rusiya - Ukrayna münaqişəsindən sonra da davam edəcək. Diplomat vurğulayıb ki, tərəflər qarşılıqlı müdafiə paktına uyğun olaraq, onlardan hər hansı birinə hücum edilərsə, dərhal hərbi yardım göstərməyə razılaşıblar.

SADİQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri