Icma.az
close
up
RU
Sadıqovvari tənqid və.. nəticə?

Sadıqovvari tənqid və.. nəticə?

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında maraqlı fikir səsləndirib:

“Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zərurətdən, ya məcburiyyətdən irəli gəlir. “Turan Tovuz” bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. “İmişli” bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. “Kəpəz” Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, “Kəpəz” orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf “Kəpəz”, “İmişli” və “Turan Tovuz”dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda “Kəpəz”lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, “Kəpəz” Yevlaxda tam fərqlidir”.

Bu sitata bir neçə prizmadan yanaşmaq olar. Ancaq məğz “qaydalara əməl etməmək”dir.

Sadıqov dolayısı və ya elə birbaşa AFFA-nı tənqid edir, PFL-ə də burdan pay çatır.

Peşəkarlığın vacibliyindən danışılır, lakin görün necə həvəskar nöqsanlar var. Bu mesajı ilə tanınmış baş məşqçi assosiasiyanı daha diqqətli olmağa çağırır.

Maraqlıdır, Sadıqov adətən tövsiyə və təklifləri ilə diqqət çəkirdi, ancaq bu dəfə çatışmazlıqları tənqidi məzmunda səsləndirib və ictimailəşdirib.

Ümumiyyətlə, son vaxtlar futbol fərdlərinin öz fikirlərini açıq bildirməsi halları çoxalıb. Bu da istənilən halda müsbət məqamdır.

Maraqlıdır ki, aidiyyatı qurumlar ictimailəşdirilən bu hallara qarşı hansı addımlar atacaq, nə reaksiya verəcək…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri