Icma.az
close
up
RU
Koreya Respublikasında keçirilən Dünya Jurnalistləri Konfransı başa çatıb

Koreya Respublikasında keçirilən Dünya Jurnalistləri Konfransı başa çatıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dünya Jurnalistləri Konfransı başa çatıb. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aydan Həsənli təmsil edib.

Konfransın rəsmi açılış mərasimində Koreya Jurnalistləri Assosiasiyasının (KJA) prezidenti Park Jong-Hyun iştirakçılara Assosiasiya barədə məlumat verib. O bildirib ki, Koreya Jurnalistləri Assosiasiyası peşəkarlar arasında məzmunlu dialoq qurulmasının tərəfdarıdır. Bu il 209-dan çox qurumu özündə birləşdirən Assosiasiya 61 yaşını qeyd edəcək.

Koreya Milli Assambleyasının deputatı Vu Von Şik çıxışında qeyd edib ki, 52 ölkədən 63 jurnalistin iştirak etdiyi tədbirdə onlar bir araya gələrək qlobal çağırışlarla əlaqəli məsələləri müzakirə edə bilərlər.

Daha sonra konfrans çərçivəsində “Süni intellekt erasında jurnalistikanın gələcəyi: müəllif hüquqları və etik çağırışlar” mövzusunda panel sessiyası keçirilib. Konfransın moderatoru “Korea Herald” qəzetinin baş redaktoru Li Jon Hi çıxışında süni intellektin (Aİ) müsbət cəhətlərindən bəhs edib. Bildirib ki, Aİ vasitəsilə xəbərlər çox tez zamanda hazırlanır və daha geniş kütlələrlə çatdırılır. “Lakin Aİ-dən istifadə zamanı biz müəllif hüquqlarına laqeyd yanaşa bilmərik. Alqoritm qeyri-etik fəaliyyətlərlə mübarizə apara bilməz”, - deyə Li Jon Hi qeyd edib. O bildirib ki, süni intellekt dünyada jurnalistikanı yenidən dəyişir.

“China Daily”nin jurnalisti Yin Cao bildirib ki, CHAT GPT və Deep Fake artıq bütün sahələrə daxil olub. Cao qeyd edib ki, süni intellekt Çində hətta cinayətkarların tapılmasında güclü rol oynayır. Bununla yanaşı, süni intellekt yanlış informasiyanın da yayılmasında əsas rol oynayır, bir çox hallarda informasiyanı manipulasiya edir.

"Busan Daily News”un nümayəndəsi Hvanq Seok Ha çıxışında jurnalistləri süni intellektdən məsuliyyətlə istifadəyə çağırıb. Hətta ondan istifadəni şəffaflıqla açıqlamağı bildirib. “Aİ güclü instrumentdir. Lakin jurnalist ləyaqətini qorumaq hər şeydən üstündür”, - deyə o əlavə edib.

Polşanın “Biznes İnsayder” jurnalının nümayəndəsi Nataliya Şevçak bildirib ki, Aİ heç bir zaman insanların normal həyatda qarşılaşdığı problemləri bilməyəcək, bu məsələlərə toxuna bilməyəcək, tədbirlərə gedib insanlara çətin suallar verə bilməyəcək. Lakin tərcümə, data analizi kimi məsələlərdə jurnalistlərin işini yüngülləşdirə biləcək. Ənənəvi media yeni dünyada kompas rolunu oynayacaq.

ABŞ-ın “Investigative Reporters and Editors” (Araşdırmaçı Jurnalistlər və Redaktorlar) təşkilatının nümayəndəsi Diana Fuentes qeyd edib ki, yalnız yeni dövrə adaptasiya ola bilməyən jurnalistlərin işlərini itirmə təhlükəsi ola bilər. “Keçmiş oniliklərdə jurnalistikaya kompüterlər gələrkən də insanlar qorxu içində idi. Lakin indi hər kəs ondan rahatlıqla istifadə edir. İnsanlar yenidən qorxur, lakin Aİ yeni deyil. Termin ilk dəfə ötən əsrin 50-ci illərində alim Con Makkarti tərəfindən istifadə olunub.

Türkiyə, İrlandiya, Bəhreyn, Belçika, Qazaxıstan, İspaniya və s. ölkələrdən jurnalistlərin qatıldığı tədbir çərçivəsində Koreyanın Jeju adası, qədim Anseonq şəhəri, Suvon şəhəri və Şeunq şəhərlərinə səfərlər təşkil edilib. Jurnalistlər burada yerləşən tarixi memarlıq abidələri, kitabxana və muzeyləri ziyarət edib, hidrogen mühərriklə çalışan avtobusu testdən keçirib, Şeunq şəhərində yerləşən süni göl ilə tanışlıq fürsəti əldə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri