Icma.az
close
up
RU
AzMİUda keçirilən “ICESCO Simulyasiya Konfransı” uğurla başa çatıb AZƏRTAC

AzMİUda keçirilən “ICESCO Simulyasiya Konfransı” uğurla başa çatıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə İslam ölkələrindən olan xarici və azərbaycanlı tələbələrin iştirakı ilə “ICESCO Simulyasiya Konfransı” keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş tutan tədbirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsmi açılış nitqi ilə çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli İskəndərli, Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, ATGTİ-nin baş katibi Fidan Həsənova və AzMİU TGT-nin sədri Tacir İsmayılzadə bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına, onların şəxsi inkişafına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıblar.

Açılış mərasiminin ardınca “Qloballaşma və urbanizasiya şəraitində İslam mədəni irsinin qorunması və təşviqi” və “ICESCO-nun üzv dövlətlərində davamlı inkişaf üçün elm, texnologiya və innovasiyaların təkmilləşdirilməsi” mövzularında 100 gəncin iştirakı ilə simulyasiya başlayıb.

Yekunda fərqlənən iştirakçılar plaket və sertifikatla təltif olunublar.

Qeyd edək ki, simulyasiya konfransının əsas məqsədi ICESCO çərçivəsində təhsil, elm və mədəniyyət sahələrində gənclərə multikulturalizm anlayışının aşılanması, tələbələrin sözügedən mövzuda yeni baxışlar əldə etməsinin təmin edilməsi, mədəniyyətlərarası dialoqu və müxtəlif mədəniyyətlərin təmsil olunduğu platformada kreativ gənclərin iştirakı ilə interaktiv simulasiyanın həyata keçirilməsindən ibarət olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri