Icma.az
close
up
RU
Koreya Ukraynaya 25 30 min əsgər göndərə bilər “Döyüşlərdə iştirak təşəbbüsü Pxenyanın özünə məxsusdur”

Koreya Ukraynaya 25 30 min əsgər göndərə bilər “Döyüşlərdə iştirak təşəbbüsü Pxenyanın özünə məxsusdur”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Şimali Koreya hərbçilərinin Kursk vilayətində döyüşlərdə iştirakı təşəbbüsü məhz Pxenyan tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Moskva bu təklifi "səmimi həmrəylik nümunəsi" kimi qəbul edib.

“Bizim bu təşəbbüsdən imtina etmək üçün heç bir səbəbimiz yox idi. KXDR özü strateji tərəfdaşlıq sazişini hansı formada reallaşdıracağını müəyyən edir”, - deyə Lavrov Şimali Koreya XİN rəhbəri Çxoe Son Xi ilə görüşdən sonra bildirib.

Lavrov həmçinin əlavə edib ki, Vladimir Putin və Kim Çen In daim təmasdadır və mütəmadi olaraq məktublar vasitəsilə fikir mübadiləsi aparırlar.

Görüş zamanı Şimali Koreya XİN rəhbəri Çxoe Son Xi bildirib ki, Pxenyan Rusiyanın fəaliyyətini qeyd-şərtsiz dəstəkləyir və bütün saziş öhdəliklərini yerinə yetirməyə hazırdır. “Biz dövlətlərarası müqavilənin bütün müddəalarının yerinə yetirilməsinə sadiqik”, – deyə o bildirib.

Qeyd edək ki, Kursk vilayətində Şimali Koreya hərbçilərinin iştirakı barədə ilk məlumatlar 2024-cü ilin oktyabrında yayılmışdı. Rusiya isə bu faktı yalnız 2025-ci ilin aprelində rəsmi şəkildə təsdiqləyib.

Ukrayna rəsmilərinin qiymətləndirməsinə görə, 2024-cü ilin payızında Şimali Koreya Rusiyaya təxminən 11 min hərbçi göndərib. Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, 600-ə yaxın şimali koreyalı hərbçi döyüşlərdə ölüb, lakin onların şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb.

CNN-in məlumatına görə, Pxenyan yaxın aylarda daha 25–30 min hərbçini Rusiya tərəfə göndərə bilər. Onların Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində hücum əməliyyatlarında iştirak edəcəyi gözlənilir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri