Icma.az
close
up
RU
Körfəz ölkələri Trampın İran planlarına qarşı çıxır Razılaşma olacaq?

Körfəz ölkələri Trampın İran planlarına qarşı çıxır Razılaşma olacaq?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri regionda gərginliyi artırıb. Xüsusilə İranın nüvə obyektlərinə mümkün hərbi zərbələr planı və “Fars körfəzi”nin adının dəyişdirilməsi ilə bağlı ideyaları ciddi narahatlıq doğurub.

"Axios" və "The New York Times" yazır ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər rəhbərləri Trampa açıq şəkildə hərbi zərbə planına qarşı olduqlarını bildiriblər. Onların fikrincə, bu cür addım atılarsa, İran ilk növbədə məhz region ölkələrini hədəfə alacaq. Rəhbərlər ABŞ-ı diplomatik razılaşma yolunu seçməyə çağırıblar.

Bu yanaşma 2015-ci il nüvə sazişinə qarşı çıxmalarına baxmayaraq, bu dəfə müharibənin qarşısını almaq istəklərini ortaya qoyur.

Tramp səfər zamanı “Fars körfəzi” adını dəyişərək “Ərəb körfəzi” adlandırmaq niyyətində olsa da, bu ideyadan imtina edib. Körfəz liderləri bu addımın İranla münasibətləri daha da gərginləşdirəcəyini bildiriblər.

Mediada yayılan məlumata görə, işğalçı İsrail rejiminin rəhbəri Binyamin Netanyahu İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatda israrlıdır və ABŞ-la razılaşmaya skeptik yanaşır. Tramp İsrail baş nazirini danışıqlara şans verməyə çağırsa da, Netanyahu hərbi yoldan imtina etmir.

Tramp bildirib ki, İsrailin zərbələrinə qarşıdır və ABŞ-İran arasında yeni razılaşma əldə olunması ehtimalı yüksəkdir: “Düşünürəm ki, İran razılaşma istəyir. Bu minlərlə insanın həyatını xilas edə bilər”.

Hazırda Oman vasitəçiliyi ilə ABŞ və İran arasında qeyri-birbaşa danışıqlar aparılır. Tramp gələcəkdə birbaşa təmasların da mümkün olduğunu qeyd edib.

Trampın Yaxın Şərqə səfəri bir tərəfdən Vaşinqtonla Tehran arasında razılaşma ümidini gücləndirsə də, digər tərəfdən Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları və İsrailin hərbi təzyiqləri fonunda bölgədə gərginliyi artırır. Bununla belə Yaxın Şərqdə sülh yalnız diplomatik yollarla mümkündür.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri