İran Körfəz ölkələri ilə dialoqa hazırdır Araqçı
Icma.az, Modern.az saytına istinadən bildirir.
İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, Tehran regionda təhlükəsizliyin təmin olunması üçün Fars körfəzi ölkələri ilə əməkdaşlıq ideyasını dəstəkləyir.
Modern.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
“Araqçı İranın Fars körfəzi sahilində yerləşən dövlətlərlə kollektiv təhlükəsizlik mexanizminin yaradılması məqsədilə dialoqa hazır olduğunu təsdiqləyib. Bu mexanizm müstəqil, konsensus əsasında qurulan və xarici hərbi müdaxilədən azad olmalıdır”, - deyə məlumatda qeyd olunur.
Telekanalın bildirdiyinə görə, Araqçı bu açıqlamanı Bağdad şəhərində səfəri zamanı verib.
Məlumata əsasən, İran XİN rəhbəri “əməkdaşlıq və qarşılıqlı etimad” prinsiplərinə əsaslanan regional təhlükəsizliyə yeni yanaşmaya çağırıb.
Hörmüz boğazı ilə bağlı gələcək idarəetmə məsələsindən danışan Araqçı vurğulayıb ki, İran ABŞ ilə imzalanmış anlaşma memorandumundan irəli gələn öhdəliklərinə uyğun olaraq zəruri addımları atacaq, həmçinin qonşu sahilyanı dövlət olan Oman ilə əməkdaşlığı və region ölkələri ilə dialoqu davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 29 İyun 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















