Icma.az
close
up
RU
Koronavirusla əlaqəli zülalın damarları qoruduğu məlum olub

Koronavirusla əlaqəli zülalın damarları qoruduğu məlum olub

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Meyo Klinikasının alimləri bu qənaətə gəliblər ki, SARS-CoV-2 virusunun insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi "ACE2" zülalı hipertoniya və ikinci tip diabet zamanı qoruyucu rol oynaya bilər.

"Report"un məlumatına görə, araşdırma "Circulation: Genomic and Precision Medicine" jurnalında dərc olunub.

Müəlliflər Britaniya Biobankının 45 mindən çox iştirakçısının qan nümunələrini analiz ediblər. Komanda ürək-damar xəstəlikləri ilə əlaqəli doqquz zülalın, o cümlədən "ACE2", "BNP", "NT-proBNP" və troponin I-in konsentrasiyasını öyrənib.

Tədqiqatçıların xüsusi diqqətini "ACE2" ("angiotenzin-çevirici ferment 2") cəlb edib: bu zülalın səviyyəsi yüksək qan təzyiqi və diabeti olan insanlarda – ürək-damar xəstəliklərinin əsas risk faktorları olan şəxslərdə daha yüksək olub. Bu təsir qadınlarda daha qabarıq şəkildə özünü göstərib və diabetlə əlaqəli genetik variantlarla bağlı olub.

Mendel randomizasiyası metodunun köməyi ilə alimlər sübutlar əldə ediblər ki, "ACE2"nin yüksək səviyyəsi bu vəziyyətləri sadəcə müşayiət etmir, həm də hipertoniya və diabetin inkişaf riskini azalda bilər.

Bioloji baxımdan bu, "ACE2"nin funksiyası ilə izah olunur: zülal damarları daraldan angiotenzin II-ni parçalayır və damar divarlarını boşaldan birləşmələrin yaranmasına kömək edir. Hipertoniya zamanı "ACE2"nin artması orqanizmin təzyiqi aşağı salmağa yönəlmiş kompensator reaksiyası ola bilər.

"ACE2" daha çox SARS-CoV-2 virusunun hüceyrələrə daxil olduğu reseptor kimi tanınsa da, yeni məlumatlar onun ürək-damar sisteminin tənzimlənməsindəki mühüm rolunu vurğulayır. Müəlliflərin fikrincə, "ACE2" perspektivli biomarker və terapevtik hədəf ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 02:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri