Icma.az
close
up
RU
Koronavirusla bağlı MİFLƏR

Koronavirusla bağlı MİFLƏR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saglamolun.az Ümumdünya Səhiyyə Təşkilatının saytına istinadla koronavirusla bağlı bəzi ən yayılmşı mifləri sizə təqdim edir:

1. İsti vanna koronavirusu öldürür.

Bu mifdir. Ən yaxşı profilaktik vasitə əlləri sabun və ilıq su ilə tez-tez yumaqdır.

2. Koronavirus ağcaqanadların dişməsi ilə keçir.

Bu mifdir. Koronavirus hava-damcı və kontakt yolu ilə keçir.

3. Spirt koronavirusdan qoruyur.

Bu mifdir. Spirtlə bədəni silmək və ya spirtli içkiləri qəbul etmək koronavirusdan qorumur. Əksinə spirtli içkilər immun sistemini zəiflədir və insanın viruslara qarşı davamlılığını azaldır. Ağır hallarda spirt və spirtli içkilər zəhərlənməyə səbəb olur.

4. Duzlu su ilə burnu yumaq koronavirusdan qoruyur.

Bu mifdir. Adi soyuqdəymə zamanı burnu duzlu su ilə yumaq zökəmi müalicə etməyə kömək edir. Lakin koronavirusdan bu qorumur.

5. Sarımsaq koronavirusdan qoruyur.

Sarımsaq faydalı və müəyyən virus əleyhinə xüsusiyyətləri olan tərəvəzdir. Lakin koronavirus zamanı onun profilaktik təsiri aşkar olunmayıb. 

6. Koronavirusa yalnız yaşlı insanlar yoluxur.

Bu belə deyil. Koronavirusa istənilən yaşda olan insanlar yoluxa bilər. Lakin yaşlı və bəzi xroniki xəsəlikləri (astma, şəkərli diabet, ürək xəstəlikləri) olan insanlarda koronavirusun ağır fəsadların,  ilk növbədə pnevmoniyanın, inkişafı riski daha yüksəkdir. Bu qrup nsanlar profilaktik qaydalara diqqət etməlidir.

7. Antibiotiklər koronavirusu müalicə edir.

Antibiotiklər bakteriyaları məhv edir, virusları isə öldürmür. COVID-19 da virusdur və bu səbəbdən antibiotiklər ona təsir etmir.

Lakin koronavirusa yoluxan xəstələrdə bəzi yanaşı bakterial infeksiyalar inkişaf edə bilər ki, bu zaman həkim tərəfindən onlara antibiotiklər təyin oluna bilər.

8. Koronavirusun müalicəsi və profilaktikası üçün hər hansı dərman varmı?

Hal hazırda koronavirusun profilaktikası və müalicəsi üçün heç bir konkret dərman yoxdur. Lakin xəstələrə simptomatik müalicə, ağır hallarda oksigen və ağciyərlərin süni ventilyasiyası təyin olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri