Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Alimlər koronavirusun beyinə necə keçdiyini müəyyən edə biliblər.
Oxu.Az-ın DHA-ya istinadla verdiyi məlumata görə, tədqiqat Almaniyanın "Helmholtz Munich" ağıllı biotexnologiyalar institutunun direktoru Ali Ertürkün rəhbərlik etdiyi komanda tərəfindən aparılıb.
Araşdırma zamanı COVID-19-un insan orqanizminə daxil olmaq üçün istifadə etdiyi "spike" zülallarının kəllə sümüyündəki "gizli keçidlərdə" toplandığı və bu keçidlərdən istifadə edərək beyin səthinə yerləşə bildiyi öyrənilib.
Bu kəşf Ertürkün "DISCO Transparency" texnikası ilə mümkün olub - bu üsulda orqan və toxumalar şəffaflaşdırılaraq rəqəmsal mühitdə xəritələndirilir.
Tədqiqat kəllə sümüyünün sadəcə beyinin qoruyucusu olmadığını, beyinin canlı bir hissəsi olduğunu göstərib. Türkiyəli alimin bu ixtirası COVID-19-un nevroloji təsirlərinə yeni baxış gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Dekabr 2024 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















