Icma.az
close
up
RU
“Körpələr ana bətnində də görür” Oftalmoloqdan təəccüblü AÇIQLAMALAR VİDEO

“Körpələr ana bətnində də görür” Oftalmoloqdan təəccüblü AÇIQLAMALAR VİDEO

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanı ətraf mühitə bağlayan əsas orqanlardan biri də gözlərdir. Gözlər həm qəlbin, həm də bütün orqanların güzgüsüdür. Çünki gözlər yeganə orqandır ki, bütün xəstəlikləri gözlərdən sezmək olur.   

Sağlamolun.az-da danışan oftalmoloq Leyda Kazımova yenidoğulmuşların gözləri ilə bağlı maraqlı olan bir çox suallara aydınlıq gətirib.

Həkim ilk növbədə gözlərin sulanmasından danışıb:

- Valideyinlərdən “uşağın gözünün rəngi, forması xoşuma gəlmir” ifadəsini, “atanın gözü mavidirsə, niyə ona bənzəmir” kimi sualları çox eşdirik. Bəzən belə lazımsız suallarla bizə müraciət edən sağlam valideyinlərin yeni dünyaya gəlmiş körpələrində bir çox göz patalogiyalarını aşkar edirik.  Biz  rəng dəyişikliyini yox, gözün bir hissəsinin olmamasını - kolobomanı izləyirik. Bəzən uşaqlarda artıq konyunktival kistlər izləyirik. Eyni zamanda gözlərdə törəmə kistləri izləyə bilirik. Əgər uşağın gözündən yaş gəlmirsə, bir aya qədər gözləmək olar. Körpə ağlayanda bir müddət sonra gözündən yaş gəlməlidir, əgər gəlmirsə, yaş kanallarının daralması və ya tutulması ola bilər. Qeyd edim ki, bu da qorxulu bir problem deyil, müalicəsi 90 faiz adi masajla həyata keçirilir. Ana gün ərzində gözün yaş kanalı olan nayihəsinə təzyiq edə-edə masaj edib kanalları aça bilər. Bu problem zamanı heç bir əməliyyata ehtiyac yoxdur.

- Hamiləlikdə ananın keçirdiyi hansı problemlər və ya vitamin çatışmazlıqları gələcəkdə övladının göz problemlərinə səbəb olur? 

- Ananın hamiləlikdə keçirdiyi istənilən problem uşaqda göz patalogiyasının səbəbidir. Çünki ana hamiləlik zamanı problemlə qarşılaşarsa, hamiləliyi vaxtında tamamlaya bilmir. Bununla da yarımçıq doğulmuşların retinopatiyası yaranır. Körpə 40 həftə ana bətnində qalmalıdır. Bu 40 həftə gəlib çıxır 30 həftəyə, bəzən çox təəssüf ki, 23-24 həftəyə. Bu isə gözün və bütün orqanların natamamlığına gətirib çıxarır.

- Çox vaxt deyirlər ki, yenidoğulmuşların gözləri görmür, rəngləri seçmir. Bu, belədirmi?

- Yox, bu belə deyil. Körpələr  ana bətnində belə həm eşidirlər, həm görürlər, həm də anlayırlar. Buna görə də mən hamilələrə, onların yanında olan əzizlərinə müraciət edirəm ki, hamiləlik dövrü möcüzə bir dövrdü və hamilələri qorumaq lazımdır. Hamilə qadının bətnində olan körpə ətrafda olan səsləri, emosiyaları eşidir və görür. Şəkil kimi görə bilməsə də, qaranlığı və işığı seçə bilir. Doğulduğu andan etibarən də körpə görə bilir. Buna görə də doğulan kimi, körpə anaya verilməlidir və o, ananı görməlidir. Qeyd edim ki, körpələr uzaq məsafəni izləyə bilmirlər. Bununçün zaman keçməlidir. Damarlanma, görmə sahəsi tamamlanmalıdır. Amma yaxın bir məsafədə görə bilirlər, sadəcə görmə analizatoru tam inkişaf etməyib deyə uzun müddət diqqətlərini cəmləyə bilmirlər. Baxışları çox qısa olur, sanki fikirləri dağılır, gözlərini yumur ya da başqa yerə baxırlar. Amma inanın ki, əziz valideynlər, hər birinizi görürlər.

- Yeni doğulmuşlarda çəpgözlük halları müşahidə olunur. Bu neçə müddətə keçmədikdə həkimə müraciət etmək lazımdır?

- Çəpgözlük diqqət altında qalmalı xroniki bir xəstəlikdir. Çəpgözlüyü 3 aya qədər normal sayırıq. Ona görə ki, biz beyinlə görürük, göz sadəcə bir fotoaparatdır, informasiyanı ötürür. Gözlə beyin əlaqəsi qurulubsa, informasiyanı alıb, onu analiz edib və nəticə olaraq bir şəkil ala bilirik. Görmə analizatorunun inkişaf etməsi və bu əlaqənin qurula bilməsi üçün bir neçə ay tələb olunur. 1-2 ay ərzində arada çəpləşən gözləri biz norma kimi qəbul edirik.

- Gözlərin rəngi ilə bağlı valideynlər tez-tez narahat olur ki, gözləri doğulanda ala idi, mavi idi, qırxı çıxandan sonra qaraldı...

- Körpələr doğulanda çox vaxt açıqgözlü doğulurlar və tərkibində olan piqment hüceyrələrinin sayına görə zamanla tündləşir. Amma hər göz də belə olmur. Bəzən mavi və ya boz rəngli gözlə doğulan uşaq elə axıra kimi bu rəngdə qalır.

- Nadir hallarda da olsa, iki gözün fərqli rəngdə olduğunu görürük. Bu nə ilə əlaqəlidir?

- Fərqli rəngdə gözlər olur, amma bu o demək deyil ki, gözlərinin rəngləri fəqli olan insanların görməsi zəifdir.  Bu piqmentasiyanın pozulması ilə bağlıdır ki, bu zaman göz rəngləri biri - birindən fərqlənir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri