Icma.az
close
up
RU
Körpələrdə infarkt: Yanlış diaqnoz ölümə aparır

Körpələrdə infarkt: Yanlış diaqnoz ölümə aparır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Vaxtında müdaxilə ilə həyat xilas etmək mümkündür

Sumqayıtda dəhşətli hadisə yaşanıb. Hadisə Sumqayıt şəhərində yerləşən Uşaq Xəstəxanasında qeydə alınıb. Sumqayıt şəhər sakini, 6 aylıq körə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.

İnvaziv-kardioloq Muxtar Müseyibovun sözlərinə görə,  uşaqlarda infarkt səbəbilə baş verən ölüm halları olmur. Onun sözlərinə görə, infarktın səbəbi əmələ gələn laxtaların ürəyi qidalandıran damarları tıxamasıdır: “Uşaqlarda isə adətən anadangəlmə ürək problemləri nəticəsində ölüm halları ola bilər. Məsələn, qapaqdarlığı (əsasən aortaqapağı), anadangəlmə ritm pozulması, ürəyin iki divar arasının qalınlaşması kimi problemlər ola bilər. Ən çox rast gəlinən ölüm səbəbi anadangəlmə ritm pozulmasıdır. Yeni doğulmuş körpədə əmərkən dərisinin rəngi göyərirsə, bu, anadangəlmə ürək anomaliyasından xəbər verə bilər”.

 

Uşaq kardioloqu Elnur İmanov Sherg.az-a bildirib ki, bəzi mürəkkəb anadangəlmə ürək qüsurları uşaqlarda infarkta səbəb ola bilir. Onun sözlərinə görə, bu çox nadir görülən bir hal olsa da, 3-4 faiz, xüsusən də Ağciyər Arteriyasından Anomal Sol Koronar Arteriya (ALCAPA) diaqnozu qoyulan uşaqlarda infarkta rast gəlmək olur: 

“ALCAPA nadir anadangəlmə ürək anomaliyasıdır. Bu hallar tez-tez səhv diaqnoz qoyulur və ya ani körpə ölümü sindromu kimi təqdim olunur. ALCAPA ürək əzələlərini qanla təmin edən sol koronar arteriyanın aorta əvəzinə ağciyər arteriyasından qaynaqlandığı anadangəlmə ürək xəstəliyidir. 

Bu səbəbdən ürək əzələsinin sol tərəfi oksigenli qandan məhrum olur və oksigensiz qan qəbul edir. Bu damarlar  insanın koronar arteriya xəstəliyi olanda tıxanır və nəticədə infarkta səbəb olur. ALCAPA xəstəliyi aşkar olunan uşaqlara dərhal cərrahi əməliyyat olunmasını tövsiyə edirik. Əməliyyatdan sonra ürəyi xilas etmək mümkün olur. Lakin xəstəlik nəzarətsiz buraxıldıqda və əməliyyat gecikdirildikdə ölümə səbəb olur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri