Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Yanlış banka qoymaq ölümə səbəb ola bilər XƏBƏRDARLIQ

Yanlış banka qoymaq ölümə səbəb ola bilər XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Yalnız əzələ və sinir ağrılarına müvəqqəti təsir göstərir, xəstəlikləri müalicə etmir


Uşaqlara banka qoymaq qəti qadağandır, xroniki bronxit, astma və ürək xəstələrinə ziyandır, bəzi şişlərin inkişafını sürətləndirə bilər

 Xalq təbabətindən istifadə milli filmlərimizə də iz salıb. “Ögey ana”da İsmayılın “nənə, o bir cür dərman vardı ey, mənə içirirdin, onun adı nəydi?” sualına nənəsi  “itburnu çiçəyini deyir. Qızdırmanın dərmanıdı”, cavabını verir. Kəndin “simsiz teleqrafı” adını qoyduqları Fatmanisə qarı da “aazz, bizə qulaq assaydı, deyərdim o uşağı qoyun dərisinə bük, sağalsın”, söyləyir. “Arxadan vurulan zərbə” filmində də Fəttah dayı Bakıdan gəlmiş müstəntiq Gündüz Kərimbəylinin soyuqladığını görüb “el üsulu” ilə belinə banka qoyur, sonra da mürəbbəli çay gətirir. Hər nə qədər elm, o cümlədən tibb elmi inkişaf etsə də, insanlar xalq təbabəti, türkəçarə adlanan sadə, lakin faydalı üsul və vasitələrdən bu gün də istifadə edir. Səbəb nədir, soruşsaq, fərqli cavablar eşidəcəyik. Kimisi xalq təbabətinin sınanmış olduğunu, ucuz başa gəldiyini, kimisi dərmanların bahalığını, həkimlərin bəzi hallarda inamı itirdiklərini, səhiyyə xidmətlərinin bəzən əlçatmaz olduğunu deyəcəklər. 

Fakt budur ki, insanlar bu yumru, şüşə bankalardan əl çəkmirlər. Və bəzən banka qoymaq başa böyük bəlalar da açır.  
Dərini yandırdı, 3 il həbs aldı
 

Səbail Rayon Məhkəməsinin hökmü ilə vətəndaş Elnarə Əliyeva 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu il 3 il ərzində elektron qolbaq daşıyacaq. Səbəb isə belə qoyulan bankalardır. Məsələ burasındadır ki, E.Əliyeva qonşusu, Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqladığını görüb və onun belinə banka qoymaq istəyib. Amma bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Və qadının dərisi yanıb. Bədəninin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb. Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Nəticə də bəllidir.  

Banka qoymaq da bacarıq, səriştə tələb edir. Bu, öz yerində. Bir sualsa yenə cavabını axtarır; ümumiyyətlə, belə banka qoymaq lazımdırmı, faydalıdırmı, yoxsa ziyanlı? Problem bundadır ki, tibb mütəxəssisləri də konkret bir cavab vermir. Gah deyirlər, nəyəsə xeyirdir, gah da deyirlər, ziyanı daha çoxdur. 

Çinlilər edirsə, inanmaq olar 

Məlumatlara görə, tibbi bankalardan ilk dəfə çinlilər istifadə etməyə başlayıb. Onların fikrincə, həmin prosedur orqanizmin xarici mühitin zərərli amillərinə qarşı müqavimətini artırır, qan dövranını aktivləşdirməklə həyat enerjisini yüksəldir. Banka bədənə qoyulanda dərinin bir hissəsi onun içərisinə sorulur, nəticədə bədənin həmin hissəsində qanın dövranı yaxşılaşır, hüceyrələr yenilənir, mübadilə prosesləri sürətlənir. Məlumdur ki, bir çox ölkələrdə banka ilə müalicə üsulundan istifadə edilir. Amma məsələn, ABŞ səhiyyə sistemində tibbi bankalardan istifadə ümumiyyətlə, qadağandır. Bir sıra həkimlərin fikrincə, tibbi bankalar qoyulması ilə təkcə soyuqdəymə deyil, həmçinin kəskin mərhələ keçəndən və temperatur azalandan sonra bronxit və pnevmoniyalar da müalicə olunur, onun başağrısı, qarın, bel, kürək və oynaq ağrıları zamanı da faydalı olduğu hesab edilir. Müasir Çin təbabəti hələ də başgicəllənməsi, öskürək, bronxial astma, hətta ishalın müalicəsində də banka qoyulmasının faydasını istisna etmir. Hazırda vakuum bankalar da mövcuddur, açıq satışdadır. Tibbi bankalarla müalicənin tərəfdarlarının qənaətinə görə, osteoxondroz, əzələ spazmı, radikulit, lümbaqo, bronxit, xroniki pnevmoniya, bronxial astma, mədə və onikibarmaq bağırsaq xəstəliklərində onun faydalı təsiri var.

Qara ləkələr nəyin əlamətidir? 

Kürəyə banka qoyulanda dəridə qaramtıl ləkələr əmələ gəlir. Banka qoyana bu “ləzzət” eləyir: “gör necə qaraldı ee... nə yaman soyuqlamısan”, deyir özündən razı halda. Sanki bununla xəstənin bütün ağrı-acısı sorulub gedəcək. Bu ləkələr adi qançırı xatırlatsa da, gec sorulur. Vakuum-qradient müalicəsi ilə məşğul olan həkimlərin fikrincə, bankadan sonra qalan ləkə hematoma deyil, qanın damar divarından toxumalara sızmasıdır. Onun tərkibində təkcə qan elementləri deyil, həmçinin plazma zülalları, bioloji aktiv maddələr - histamin, prostoqlandin, neyromediator, hormon və s. maddələr olur. Onlar orqanizmin müdafiə qabiliyyətinin bərpasına şərait yaradır. Ləkənin rənginin tündlük dərəcəsi xəstəliyin ağırlılığı və orqanizmin toksinlərlə zəhərlənmə dərəcəsinə adekvat olaraq artır. Xəstəlik yüngül formada olanda bankalama üsulu ilə ev şəraitində də müalicə aparılır. Həmin vasitə ilə boyun və bel ağrılarını azaltmaq, arterial təzyiq, yuxusuzluq, başağrısı və yorulma zamanı xəstənin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Hesab olunur ki, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyə daha çox soyuqlayıb. Həmin yeri hacamat deyilən xüsusi bir alətlə çərtib, yığılan qanı çıxarırlar.


Ağ ciyəri, qara ciyəri zədələyir

Həkimlərin bir qismi isə banka qoyulmasıyla müalicə üsulunun əleyhinədir. Bəzi həkimlərin fikrincə, banka nəinki infeksiyanın qarşısını almır, əksinə, onun orqanizmdə yayılmasına və bronxlardan ağ ciyər toxumasına keçməsinə səbəb olur. Bəzi xəstəliklərdə isə banka qoyulması yolverilməzdir. Xüsusən endokardit, miokardit, ürək qüsurları, ağır hipertoniya, miokard infarktı və stenokardiya zamanı xəstəyə banka qoymaq olmaz. Bundan başqa kəskin infeksiyalar, skleroz, damar trombozu, orqanizmin kəskin zəifləməsi və dəri xəstəlikləri zamanı da tibbi bankaların qoyulması əks göstərişdir. Fizioterapevt Zaur Əliyevin sözlərinə görə, banka qoymaq insan orqanizmi üçün çox zərərlidir. Əvvəllər onurğa həkimi olmadığından soyuqdəymə, qulunc kimi problemlər yarananda insanların şəfa tapması üçün banka qoyulması üsulundan istifadə edilirdi. Banka qoyulan yeri çərtib, toplanmış qara qanı çıxarırdılar. Çünki banka qoyulduqdan sonra onun yerində yaranmış qan - toxuma ölür. Həmin qan sonra yavaş-yavaş sovrulur və qaraciyərin yüklənməsinə gətirib çıxarır. Qaraciyər də orqanizmə təzə qan vermək üçün həmin ölmüş qanı özünə çəkir. Həkim banka qoyulduqdan sonra insanlarda bu orqanla bağlı şikayətlərin yarandığını bildirib. İnsanlar qara ciyərlərinin ağrıması, şişməsi, serroz problemlərindən şikayətlənirlər. Qaraciyərin xəstəliklərini yaradan amillərdən biri də banka qoyulması, nəticədə qara ciyərin ölmüş qanla yüklənməsidir. Ona görə də hacamat etdirmək ziyanlı hesab edilir. 

İnsan nəyə inanırsa, ona üz tutur


Pediatr Vaqif Qarayev isə bu fikirdədir ki, burada psixoloji amil var. İnam güclü amildir. İnsan belinə banka qoyularsa sağalacağına ümid edirsə, bu, ona müsbət təsir edə bilər: 

seeBaxış sayı:507
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri