Körpələrə əmzik vermək ziyanlıdırmı? Pediatrlardan xəbərdarlıq
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Mütəxəssislər əmzik istifadəsinin həm faydalı, həm də riskli tərəflərinin olduğunu bildirirlər. Pediatrların sözlərinə görə, əmzik körpənin sakitləşməsinə, yuxuya getməsinə və hətta ani körpə ölümü sindromunun (SIDS) riskinin azalmasına kömək edə bilər. Lakin onun düzgün və uzunmüddətli istifadəsi zərərli nəticələrə də yol aça bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, əmziyin 2 yaşdan sonra istifadəsi dişlərin formalaşmasına mənfi təsir göstərə bilər. Bu, ön dişlərdə əyrilik, alt–üst çənənin qeyri-düzgün yerləşməsi kimi problemlərə səbəb ola bilər.
Həkimlər həmçinin əmzikdən yanlış istifadə zamanı ağız boşluğuna düşən mikrobların, qulaq infeksiyaları və ağız göbələyi riskini artırdığını qeyd edirlər. Digər risklər arasında uşağın asılılıq yaratması və əmziyin tez-tez steril edilmədiyi təqdirdə infeksiya mənbəyinə çevrilməsi də göstərilir.
Pediatrlar valideynlərə tövsiyə edirlər ki, əmzik:
-yalnız körpə çox narahat olanda verilsin,
-mütləq steril saxlanılsın,
-2 yaşdan gec olmayaraq tədricən kənarlaşdırılsın.
Mütəxəssislərə görə, əmzikdən istifadə tam qadağan olunmur, lakin düzgün seçilməməsi və uzun müddət istifadə olunması körpələrin sağlamlığına mənfi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Dekabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















