Icma.az
close
up
RU
Körpələrə yuxu dərmanı vermək gələcəkdə bu fəsadlara yol açır Nevroloqdan xəbərdarlıq

Körpələrə yuxu dərmanı vermək gələcəkdə bu fəsadlara yol açır Nevroloqdan xəbərdarlıq

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Yenicə ana olan gənc və təcrübəsiz qadınlar körpəni təkbaşına saxlamaqda çətinlik çəkir.

Ən çətin məqamlardan biri də körpənin ağlamasını sakitləşdirmək və vaxtlı-vaxtında yatmasını təmin etməkdir. Çünki sakitlik və normal yuxu uşağın sinir sistemi üçün çox əhəmiyyətlidir. Gələcəkdə bir sıra nevroloji problemlərlə üzləşməmək üçün bu amillərə diqqət yetirilməlidir.

Müasir tibbdə bir sıra dərman maddələri istehsal edilir ki, bu vasitələr sedativ, yəni yuxugətirici və sakitləşdirici effekt verirlər.  Apteklərdən bu vasitələri həkim göstərişi və resept olmadan da əldə edərək böyüklərə, eləcə də uşaqlara vermək mümkündür.

İndi çox analar digər qadınlardan eşitdiyi dərmanı, xüsusən Ketotifen kimi allergiya əleyhinə tableti körpə uşaqlara yuxu dərmanı kimi verir.

Bəs  bu vasitələrdən həkim məsləhəti olmadan özbaşına şəkildə istifadə etmək hər hansı bir fəsada yol aça bilərmi?  

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova bildirib ki, həkim təyinatı olamadan nəinki uşaqlara, heç böyüklərə sakitləşdirici tərkibə malik dərman maddəsi və yuxugətirici verilməməlidir. Bu gələcəkdə həmin insanda bir sıra nevroloji problemlərə səbəb olur.

"Hər bir xəstəyə ilk öncə diaqnoz qoyulmalıdır və onun əsasında müalicə edilməlidir. Çünki həkimin müayinəsi olmadan qəbul edilən bir sıra dərman maddələri xəstəliyin əlamətlərini gizlədərək, onun əsil səbəbinin üzə çıxmasının qarşısını alır.

Əlbəttə ki, bu həmin insanın nəinki beynində, həmçinin də onu qaraciyər, mədə-bağırsaq, böyrək kimi bir çox başqa orqanlarında fəsadlara səbəb ola bilər.

Bu isə əsəbilik, yuxusuzluq kimi çox ciddi problemlərin səbəbini aşkarlamaqda həkimlərə mane olur. Uzun müddət qəbul edilən yuxugətiricilər və sakitləşdiricilər xəstədə bu dərmanların tərkibində olan bəzi kompanenetlərdən asılılıq da yaradır. Bu isə insan yaşlandıqca onda bir sıra nevroloji və psixologi problemləri üzə çıxmasına səbəb olur.  Uşaqlarda bu problemlərə nitqin gecikməsi, diqqət pozuntusu, hiperaktivlik aid edilə bilər.  

Çox təəssüflər olsun ki, gənc analar özləri də bilmədən övladlarının rahat yatması və çox ağlamaması üçün həkimə müraciət  etmədən, özümü müalicəyə əl atırlar.  Onlar hansısa televiziya reklamında gördükləri və ya qohumlarının məsləhət gördükləri sakitləşdiriciləri alaraq övladların verirlər. Amma onlar gələcəkdə uşağın orqanzimində hansı problemlərə səbəb olacağından xəbərsiz olurlar".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri