Icma.az
close
up
RU
Körpü çökdü, amma sürücülər hələ də onun üzərindən keçirlər VİDEO

Körpü çökdü, amma sürücülər hələ də onun üzərindən keçirlər VİDEO

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yunanıstanın mərkəzi hissəsində yerləşən avtomobil körpüsü üç il əvvəl baş vermiş güclü fırtınadan sonra çaya çöküb. Körpü bu günə qədər təmir olunmasa da, bəzi sürücülər vaxt və yanacağa qənaət etmək üçün hələ də ondan istifadə edirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Söhbət Mərkəzi Yunanıstanın Fessaliya bölgəsində yerləşən Paleopirqos kəndindəki avtomobil körpüsündən gedir. Körpü 2023-cü il sentyabrın 14-də "Daniel" fırtınasının yaratdığı güclü daşqınlar nəticəsində ciddi zədələnib. Körpü tam dağılmayıb, lakin suya çöküb və ortasında böyük çat əmələ gəlib. Buna baxmayaraq, bəzi cəsarətli sürücülər dolama yoldan istifadə etməmək üçün risk edərək həmin körpüdən keçirlər. Ən təəccüblüsü isə odur ki, körpü nə təmir olunub, nə də tamamilə bağlanıb. Körpü dörd yerdən zədələnib, o qədər aşağı çöküb ki, alt hissəsi artıq çayın suyuna toxunur. Turistlər üçün vəziyyət daha da təhlükəlidir. Körpüyə hər iki istiqamətdən yaxınlaşarkən ilk baxışda normal görünür və qarşısında heç bir xəbərdarlıq nişanı yoxdur. Buna görə də sürücülər onun təhlükəli vəziyyətdə olduğunu yalnız yolun təxminən yarısını keçdikdən sonra anlayırlar. Problemi daha da böyüdən məqamlardan biri odur ki, Google Maps tətbiqində körpü hələ də istifadəyə yararlı kimi görünür. Bu səbəbdən bir çox turist marşrutunu həmin körpü üzərindən planlaşdırır. Yayılan videoda bəzi sürücülərin təhlükəli körpüdən son dərəcə ehtiyatla keçdiyi görünür. Lakin mütəxəssislər hesab edirlər ki, körpünün tamamilə uçması yalnız zaman məsələsidir və növbəti avtomobil sonuncu ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyul 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri