Icma.az
close
up
RU
Kortəbii səyahət üçün ən yaxşı Avropa ölkələri

Kortəbii səyahət üçün ən yaxşı Avropa ölkələri

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropada son dəqiqə səyahətlərinə maraq sürətlə artır. Xüsusilə Şərqi Avropa, Baltikyanı və Balkan ölkələri turistlərin diqqət mərkəzinə çevrilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Travel Horizons hesabatına görə, turistlər ən çox Polşadan Albaniyaya qədər uzanan istiqamətləri seçirlər.

Siyahının lideri Qdansk olub. Bu şəhərdə bronların sayı illik müqayisədə 97 faiz artıb. Baltik dənizi sahilində yerləşən Qdansk turistləri Hanza dövrünə aid tarixi mərkəzi və Motlava çayı boyunca uzanan sahil xətti ilə cəlb edir.

İkinci yerdə Buxarest qərarlaşıb. Rumıniyanın paytaxtına maraq 71 faiz artıb. Şəhər art-deko üslubundan tutmuş kommunizm dövrü tikililərinə qədər müxtəlif memarlıq nümunələri ilə tanınır. Burada həmçinin dünyanın ən böyük parlament binalarından biri yerləşir.

Populyar istiqamətlər sırasında Krakov da var. Şəhərə turist axını 58 faiz artıb. Onun UNESCO siyahısına daxil edilən tarixi mərkəzi, Avropanın ən böyük bazar meydanlarından biri və Vavel kral qalası əsas cəlbedici məkanlardandır.

Kurort istiqamətləri arasında isə Albaniya Rivierası seçilir. Bu bölgəyə maraq 53 faiz artıb. İon dənizi sahilində yerləşən Ksamil, Saranda və Dhermi kimi məkanlar təmiz çimərlikləri, gecə həyatı və tarixi abidələrə yaxınlığı ilə seçilir.

Siyahını Riqa tamamlayır. Latviyanın paytaxtında bronlar 40 faiz artıb. Şəhər Dauqava çayı üzərində yerləşir və orta əsr memarlığını Avropanın ən böyük modern üslub kolleksiyalarından biri ilə birləşdirir.

Ümumilikdə, ekspertlər qeyd edir ki, turistlər artıq daha az izdihamlı, daha əlçatan və mədəni baxımdan zəngin istiqamətlərə üstünlük verirlər. Bu səbəbdən Şərqi Avropa və ona yaxın regionlar spontan səyahətlər üçün əsas seçimlərdən birinə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Aprel 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri