Icma.az
close
up
RU
Kortəbii səyahətlər üçün Avropanın ən yaxşı yerləri TOP 5

Kortəbii səyahətlər üçün Avropanın ən yaxşı yerləri TOP 5

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Avropa üzrə kortəbii səfərlərə maraq artır. Ən yüksək bronlaşma artımı Şərqi Avropa, Baltikyanı ölkələr və Balkan regionunda müşahidə olunur.

Qaynarinfo xəbər verir ki, "Travel Horizons" hesabatına görə, lastminute.com platforması əsasında hazırlanmış məlumatlarda Polşadan Albaniyaya qədər uzanan istiqamətlər turistlər arasında ən populyar seçimlər sırasında yer alır.

Qdanisk, Polşa

Araşdırmaya əsasən, ən yüksək artım Qdaniskdə qeydə alınıb. Burada bronlaşmalar illik müqayisədə 97% artıb. Baltik dənizi sahilində yerləşən şəhər Hanza dövrünə aid tarixi mərkəzi və Motlava çayı boyunca uzanan sahil xəttilə turistləri cəlb edir.

Buxarest, Rumıniya

İkinci yerdə Buxarest qərarlaşıb. Şəhərdə ziyarətçi sayında 71% artım qeydə alınıb. Rumıniya paytaxtı art deko üslubundan kommunist dövrü memarlığına qədər müxtəlif memarlıq qatları və dünyanın ən böyük parlament binası ilə tanınır.

Krakov, Polşa

Populyar istiqamətlər sırasında Krakov da yer alır. Burada turist axını 58% artıb. Şəhər UNESCO siyahısına daxil edilmiş tarixi mərkəzi, Avropanın ən böyük bazar meydanlarından biri və Vavel kral qalası ilə seçilir.

Albaniya sahili

Kurort istiqamətləri arasında Albaniya sahili ön plana çıxır. Burada populyarlıq 53% artıb. İon dənizi sahilində yerləşən Ksamil, Saranda və Dhermi kimi kurortlar çimərlikləri, arxeoloji abidələrə yaxınlığı və aktiv gecə həyatı ilə tanınır.

Riqa, Latviya

Siyahını Riqa tamamlayır. Burada bronlaşmalar 40% artıb. Dauqava çayı sahilində yerləşən şəhər UNESCO siyahısına daxil edilmiş orta əsr mərkəzi və Avropanın ən böyük modernist memarlıq kolleksiyalarından biri ilə seçilir.

Ümumilikdə qeyd olunur ki, turistlərin daha az sıxlıq olan şəhər və regionlara üstünlük verməsi Avropada "son dəqiqə” səyahətlərinin əsas tendensiyasına çevrilir. Bu istiqamətlər mədəni abidələr, daha münasib qiymətlər və nisbətən az turist axını ilə fərqlənir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 May 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri