Icma.az
close
up
RU
Kosmetoloqo gedən qadının gözləri iflic OLDU

Kosmetoloqo gedən qadının gözləri iflic OLDU

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Küveyt Tibb İxtisasları İnstitutunun mütəxəssisləri gialuron turşusu inyeksiyasından sonra baş verən nadir fəsad barədə məlumat yayıblar. Bildirilib ki, 38 yaşlı çinli qadında kosmetik prosedurdan sonra göz əzələlərinin qismən iflici və burun dərisində zədələnmələr yaranıb. 

Redaktor.az xəbər verir ki, hadisə “Cureus” jurnalında dərc olunub.

Qadın üzündəki burun-dodaq büküşlərini aradan qaldırmaq üçün özəl klinikaya müraciət edib. Prosedur zamanı ona burun qanadının dibinə, iti iynə vasitəsilə gialuron turşusu əsaslı dolğu (filler) yeridilib. Bir neçə dəqiqə sonra pasiyent inyeksiya nahiyəsində kəskin narahatlıq hiss edib, ağrı hissi ibuprofen qəbulundan sonra qismən azalıb.

Lakin bir gün sonra vəziyyət pisləşib qadında göz hərəkətlərinin məhdudlaşması, başgicəllənmə, qusma, qızartı və səpgi müşahidə olunub. Göz həkimlərinin müayinəsi nəticəsində sol gözün bir neçə hərəkət əzələsinin – yuxarı və daxili düz əzələlərin, eləcə də aşağı əyri əzələnin zədələndiyi müəyyən edilib. Bu, gözün yuxarıya və burun istiqamətinə hərəkətini çətinləşdirib.

Mütəxəssislərin qənaətinə görə, fəsadın səbəbi dolğunun damarları qismən tıxaması nəticəsində qan dövranının pozulması olub. Nəticədə toxumalarda işemiya (qan çatışmazlığı) yaranıb və göz əzələlərinin fəaliyyəti zəifləyib. Pasiyentə qan dövranını bərpa etmək üçün hər dörd saatdan bir üç gün ərzində hialuronidaza (gialuron turşusunu parçalamağa kömək edən ferment) inyeksiyaları vurulub, həmçinin trombozun qarşısını almaq məqsədilə aspirin təyin edilib.

İki həftə sonra qadının dərisi tam bərpa olunub, iltihab və səpgi aradan qalxıb, göz hərəkətliliyi isə normaya qayıdıb.

Tədqiqat müəllifləri qeyd edirlər ki, gialuron turşusunun kosmetologiyada geniş istifadəsinə və ümumi təhlükəsizliyinə baxmayaraq, damar fəsadları riski qalmaqdadır. Bu hadisə həkimlər üçün xəbərdarlıq xarakteri daşıyır, dolğuların vurulması zamanı xüsusilə üzün anatomik cəhətdən həssas hissələrində diqqətli olmaq və düzgün texnikaya ciddi riayət etmək vacibdir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri