KOSMİK Akademiya Dünya məktəbi ilə əməkdaşlıqda seminar keçirib
Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Tədbir, gənc innovatorları, dövlət rəsmilərini və sənaye liderlərini bir araya gətirərək gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında daha fəal rol oynamalarını dəstəkləmək məqsədini daşıyır.
“Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” - də 60-dan çox ölkədən 600-dən çox gənc innovator və iştirakçı yer alıb. Tədbirin məqsədi, texnologiya və kosmik sahələrdə gənclərin iştirakını artırmaq və onları bu sahələrin gələcəyini formalaşdırmağa dəvət etmək olub.
Sammitin proqramı çərçivəsində Milli Aviasiya Akademiyası, STEAM İnnovasiya Mərkəzi və Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada interaktiv sessiyalar, seminarlar və dialoqlar keçirilib. Bu tədbirlər, iştirakçılara texnoloji və elmi sahələrdə öz biliklərini artırmaq və yeni bacarıqlar əldə etmək imkanı verib.
KOSMİK Akademiyada ali məktəb tələbələri üçün xüsusi olaraq “Beynəlxalq Kosmik Stansiya ilə Telekommunikasiyanın Qurulması” adlı seminar təşkil edilib. Seminarda iştirakçılar öz orbital antenlərini quraraq, Beynəlxalq Kosmik Stansiya ilə canlı rabitə qurmağı praktik olaraq öyrəniblər. Bu proses üçün nəzərdə tutulan texniki avadanlıq Xəzər Universiteti Dünya məktəbində quraşdırılmışdı. Bu avadanlıq vasitəsilə Beynəlxalq Kosmik Stansiya ilə ilkin siqnal mübadiləsi bağlantısı yaradılmışdır.
Sammitin bağlanış mərasimi Hilton hotelində keçirilmişdir. Tədbirdə “Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin direktoru Aygün İsayeva çıxış edərək gəncləri salamlayıb və onların bu cür unikal təcrübələrlə gələcəkdə kosmik texnologiyaların inkişafında aktiv rol oynayacaqlarını vurğulayıb.
Tədbir, mədəni və nəsillərarası şəbəkələşmə görüşü ilə yekunlaşıb. Bu görüş, WTDC-25 iştirakçıları, gənc peşəkarlar və ictimaiyyətin tanınmış simalarını bir araya gətirərək əməkdaşlıq və dialoqun inkişafına şərait yaradıb. Sammitin ümumi məqsədi, gənclərin İKT və kosmik sahələrdə daha fəal olmasını təşviq etmək və bu sahələrin gələcəyini birgə formalaşdırmaq olub.
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:KOSMİK Akademiya Dünya məktəbi ilə əməkdaşlıq çərçivəsində seminar keçirib
25 Noyabr 2025 18:57
KOSMİK Akademiya beynəlxalq Kosmik Agentliklərin Forumunda iştirak edib FOTOLAR
21 Noyabr 2025 17:03
Kubanıçbek Ömüralıyev: TDT Azərbaycanın Virtual Kosmik Akademiya yaratmaq təşəbbüsünü dəstəkləyir
23 Aprel 2025 11:45
Tələbələrin akademiya dərsi
20 Fevral 2025 10:49
Dünya kosmik ailəsinin etibarlı üzvü
26 Aprel 2025 11:50
Baxış sayı:64
Bu xəbər 25 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları