Kosmosda müharibə təhlükəsi: Rusiya ABŞ yə sərt REAKSİYA
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin orbitdə silahlı sistemlərə sahib olduğunu rəsmən açıqlaması Rusiyanın sərt reaksiyasına səbəb olub. Moskva Vaşinqtonu kosmosda silahlı qarşıdurmanın mümkün dağıdıcı nəticələrini nəzərə almamaqda və qlobal təhlükəsizliyi riskə atmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin öz maraqları naminə bəşəriyyətin gələcəyini riskə atdığını bildirib.
Onun sözlərinə görə, Rusiya BMT Baş Assambleyasına kosmosda silahların tamamilə qadağan edilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim etməyi planlaşdırır.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk daha əvvəl ABŞ-nin öz qüvvələrini mümkün düşmən hücumlarından qorumaq məqsədilə orbitə “kosmik nəzarət silahları” yerləşdirdiyini təsdiqləyib.
Mütəxəssislərin fikrincə, bu sistemlər düşmən peyklərinin rabitəsini pozmaq məqsədi daşıya bilər. Onların elektron müharibə platformaları və ya peykləri hədəfə ala bilən xüsusi “ovçu” sistemlər olması ehtimal edilir.
Hərbi analitiklər ABŞ-nin bu addımını daha çox Çinin kosmosda hərbi imkanlarını genişləndirməsinə qarşı siyasi mesaj kimi qiymətləndirirlər.
Rusiya və Çinin də kosmosda peykə yaxın məsafədə manevr edə bilən sistemlər, peyk “ovçuları” və peyk əleyhinə texnologiyalar üzərində çalışmalar apardığı bildirilir.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 16 Sentyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















