Icma.az
close
up
RU
Rusiya kosmosda müharibə üçün silahlar yaradır Forbes

Rusiya kosmosda müharibə üçün silahlar yaradır Forbes

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.
ABŞ kosmosda silah yerləşdirir - Generaldan çağırış Nəşr məqalədə “Secure World Foundation”un Kosmik təhlükəsizlik və sabitlik üzrə direktoru Viktoriya Samsonun da fikirlərinə yer ayırıb. Samson rəsmi Moskvanın “Nudol” peyk əleyhinə raketini sınaqdan keçirdiyini iddia edib. Fond rəsmisinin sözlərinə görə, bu yeni silahdan artıq sovet kosmik aparatını Yer orbitinin aşağı qatında partlatmaq üçün istifadə edilib.
"Nəzəri olaraq silah "SpaceX"in 7000 peykindən hər hansı birinə də hədəflənən bilər",- ekspert qeyd edib.
Samsonun sözlərinə görə, Rusiya hətta belə bir raketi nüvə başlıqları ilə təchiz etmək gücündədir: “Hər bir kosmik aparat "Nudol"un əhatə dairəsinə düşür. Beynəlxalq Kosmik Stansiyadan tutmuş, "SpaceX"in "Starlink" peyklərinə qədər nişangaha gələ bilərlər. Bura həmçinin ukraynalılara Rusiya tanklarının və hərəkətdə olan təhlükəli raket briqadalarının heyrətamiz, yüksək keyfiyyətli fotoşəkillərinin çəkib atan "Planet Labs" kosmik aparatı da aiddir".
Aprelin 12-də NATO-nun baş katibi Mark Rutte Almaniyanın “Welt am Sonntag” nəşrinə müsahibəsində kosmik silahlardan danışmışdı. O, Rusiya Federasiyasının kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirdiyini və ondan Qərb ölkələrinin kosmik peyklərinə qarşı istifadə edə biləcəyini deyib.
Həmçinin, bir neçə gün öncə ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq də oxşar mövzuda diqqət çəkən açıqlamalar vermişdi.
"Artıq vaxt yetişdi. Açıq şəkildə bəyan edə bilərik ki, bizə kosmosda atəş, zərbə gücü və silah sistemləri lazımdır. Bizə həmçinin orbitdə zəbtedici qurğular da lazımdır. Bu silahlar kosmos münaqişəsinin qarşısını almaq və konfliktə girdiyimiz təqdirdə uğurlu olmaq üçün gərəkir", - general Rusiyanın adını çəkmədən deyib.
1967-ci ildə imzalanmış Kosmos Müqaviləsinə əsasən, ölkələr yer planetindən kənarda heç bir kütləvi qırğın silahı yerləşdirə bilməzlər. Müqavilədə digər silah növləri göstərilməyib.
Ötən il də Rusiyanın kosmosda silah yerləşdirməyə hazırlaşması barədə məlumatlar yayılırdı. Əslində isə Moskvanın kosmosda silah yerləşdirməməklə bağlı 2004-cü ildən xüsusi təşəbbüsü var. “The New York Times” qəzetinin iddiasına görə, Rusiyanın növbəti addımı bu müqavilədən çıxmaq ola bilər.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Aprel 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri