Kosmosdan şok görüntülər: Günəş fırtınası Yeri necə “alova” bürüdü
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəzər dənizində enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğuran hadisə qeydə alınıb.
Sfera.az xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalı yaxınlığında “Matilda” adlı neft tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Məlumata görə, insident 13 yanvar 2026-cı ildə baş verib. Dron hücumu nəticəsində tankerdə partlayış olub, lakin yanğın qeydə alınmayıb. İlkin texniki baxış zamanı gəmidə ciddi konstruktiv zədələrin olmadığı, tankerın isə dənizdə hərəkət qabiliyyətini saxladığı bildirilir.
Ekipaj üzvlərinin xəsarət almadığı açıqlanıb. Tankerin 18 yanvar 2026-cı il tarixində Qazaxıstan nefti ilə yüklənməsi planlaşdırılırdı. Hadisədən sonra yükləmə prosesinin taleyi ilə bağlı əlavə qiymətləndirmə aparılır.
Rəsmi məlumata əsasən, hücum nəticəsində yaranmış zərərin dəqiq miqyası araşdırılır. Bəyanat KazMunayGas şirkətinin mətbuat xidməti tərəfindən yayılıb. Konsorsium terminalı isə Caspian Pipeline Consortium tərəfindən idarə olunur.
Hadisə Xəzər hövzəsində enerji marşrutlarının təhlükəsizliyi, eləcə də regionda geosiyasi risklərin artması ilə bağlı sualları yenidən gündəmə gətirib.|musavat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 13 Yanvar 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















