Seneqal Prezidenti Fransa ordusunun ölkədən çıxarılmasını istəyir
Icma.az bildirir, Ayna portalına istinadən.
“Ölkənin suverenliyi anlayışı Fransanın Seneqal ərazisində hərbi bazalarının olması ilə bir araya sığmır”
“Ölkənin suverenliyi anlayışı Fransanın Seneqal ərazisində hərbi bazalarının olması ilə bir araya sığmır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Seneqal Prezidenti Bassiru Diomai Faye deyib.
"Seneqal müstəqil, suveren bir ölkədir və suverenlik hərbi bazaların mövcudluğuna imkan vermir", deyə Faye qeyd edib.
O, Seneqal, ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı arasında yaxşı və konstruktiv əlaqələrə işarə edərək, daha sonra bu ölkələrin Seneqalda hərbi bazalarının olmadığına diqqət çəkib.
Faye həmçinin bildirib ki, Seneqal 80 il əvvəl fransız ordusunun seneqallı əsgərlərinə qarşı törətdiyi hərbi cinayətlərə görə Fransadan rəsmi üzr gözləmə hüququna malikdir.
Qeyd edək ki, Seneqal Fransanın keçmiş koloniyasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















