Icma.az
close
up
RU
“Koxalski ilə bağlı ətraflı məlumatım yoxdur”

“Koxalski ilə bağlı ətraflı məlumatım yoxdur”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qələbəni şərh etdi:

– Futbolçularımı təbrik edirəm, gərgin matç keçdi və sonda 3 xal bizim oldu. Qarşımızda yaxşı müdafiə olunan və təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Azarkeşlər üçün maraqlı, bolqollu oyun alındı. Rəqibə və Cavid Hüseynovun komandasına qarşıdakı matçlarda uğurlar arzulayıram.

Qurbanov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– İki qol buraxmaq müəyyən narazılığa əsas verir. Bu, taktiki səhvlərin, yoxsa diqqətsizliyin nəticəsidir?

– Hər iki qolu standart vəziyyətdən buraxdıq, bir az diqqətsizlik oldu. Bəzi epizodlarda bu, məsuliyyətsizlikdən qaynaqlana bilər, amma rəqib də həmin qollara layiq idi. Ümumən matçın gedişində rəqibə çox qol imkanı verməmişdik. Sadəcə, onlar standart vəziyyətlərdən yaxşı yararlandılar. Qarşıdakı günlərdə həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

– Koxalskinin klubdan getməsi ilə bağlı danışıqlar gedir. Keçid rəsmiləşibmi?

– Düzünü desəm, rəsmi gedişindən hələ ki mənim xəbərim yoxdur. Ümumi müzakirələr aparılırdı, müqaviləsində hər transfer pəncərəsində bizi belə vəziyyətlərlə üz-üzə qoyan bir bənd var. Bazar günüdür və bütün diqqətimizi oyuna yönəltmişdik deyə, ətraflı məlumatım yoxdur.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Sentyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri