Koxalski iştirak ərizəsində niyə yoxdur? Açıqlama
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Misli Premyer Liqasının 20-ci turunda “İmişli” ilə oyun üçün iştirak ərizəsində yer almayıb.
QOL.az saytı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxlayaraq bunun səbəbini öyrənib.
Klub rəsmisi saytımıza açıqlamasında polşalı qolkiperin ayağında ağrılar olduğunu deyib: “Koxalski ayağında ağrılar hiss edirdi. Risk edilməməsi üçün oyunun iştirak ərizəsinə daxil edilməyib”.
Qeyd edək ki, sözügedən görüş saat 14:30-da başlayacaq.
Xatırladaq ki, “Qarabağ” növbəti oyununu Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 14 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















