Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? rəsmi açıqlama
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlum olduğu kimi, “Qarabağ” sabah Avropa Liqasının yeni mövsümündə mübarizəyə başlayacaq. “Köhlən atlar” 1-ci təsnifat mərhələsində “Vestri”ni qəbul edəcək.
“Football-plus.az” xəbər verir ki, klub dünən bu oyun üçün iştirak ərizəsini açıqladı. Məlum oldu ki, ağdamlıların yay təlim-məşq toplanışında iştirak edəcəyini açıqladığı Martin Zlomisliçlə Ceremi Qnalinin adı həmin ərizədə yoxdu.
İş ondadı ki, Bosniya və Hersoqovina millisinin şərəfini qoruyan Zlomisliçin adının Tirola yollananların siyasısında olması mümkünsüzdü. Axı qapıçının yığması iyulun 2-nə qədər DÇ-2026-da iştirak edirdi.
Bu qarışıqlığa aydınlıq gətirmək, həm də Qnalinin niyə iştirak ərizəsindən kənarda qaldığını öyrənmək məqsədilə “Qarabağ”ın Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Onun cavabı:
“Zlomisliç millisinin oyunları üzündən toplanışda iştirak etmədi. Ona iyulun 11-dək icazə verilib. Həmin gün komandaya qoşulacaq. Qnaliyə gəlincə, iştirak ərizəsinin A vərəqi tam dolduğundan onu əlavə edə bilmədik”.
Maraq üçün qeyd edək ki, Tirol toplanışında iştirak edən Məhəmməd İmaməliyev, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov və Məhəmməd-Şahin Abbasovun da adı iştirak ərizəsində yoxdu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 İyul 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















