Icma.az
close
up
RU
Koxalski Polşa klubuna keçmək istəyirmiş Qarabağ yox deyib

Koxalski Polşa klubuna keçmək istəyirmiş Qarabağ yox deyib

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski qış fasiləsində ölkəsindən təklif alıb.

"Unikal" xəbər verir ki, bu barədə 26 yaşlı qolkiper Polşa mətbuatına müsahibəsində deyib.

O, hətta “Vidzev” klubundan gələn təklifə razılıq verdiyini bildirib: “Təsdiqləyə bilərəm ki, təklif var idi və mən qarşı tərəfə "hə" demişdim. Əvvəllər də dediyim kimi, Bakıda idman baxımından yaxşı nəticələr əldə edirəm. Özümü inkişaf etdirdiyimi və Çempionlar Liqasında oynadığımı hiss edirəm. Bura uğur qazanmaq üçün mükəmməl yerdir. Amma heç kimin bilmədiyi bir şey var, çünki bu barədə danışmamışam. Məşqdən və ya matçdan sonra evə qayıdanda tək qalıram. Sevdiklərimdən uzaqdayam. Futbol mənim üçün çox vacibdir, bu, aydındır. Amma ailəm və sevdiklərim həmişə mənim üçün prioritet olub və olacaq. Nişanlım indi daha tez-tez yanımda olur, amma Polşaya qayıdanda yenə hər şeyin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qalıram. Bu isə mənə çətindir. Ümid edirəm ki, insanlar bunu başa düşərlər. Mən ailə adamıyam və bu cür ayrılıq psixoloji cəhətdən pis təsir edir. Buna görə də “Vidzev”in təklifini qəbul etmişdim”.

Mateuş Koxalski “Qarabağ”ın bu transferə icazə vermədiyini söyləyib: "Klub rəhbərliyi razı olmadığı üçün heç nə alınmadı. Elə oldu ki, ehtiyat qapıçı zədələndi və yeni qolkiperin qeydiyyatında problemlər yarandı. Mən komanda üçün o qədər vacib oyunçuyam ki, "Qarabağ" “Vidzev”in təklifini rədd etdi. Bunu başa düşürəm və artıq bu barədə düşünmürəm. “Vidzev” başqa qapıçı ilə müqavilə imzaladı və hər şey bitdi”.

Təcrübəli qapıçı Almaniyanın “Borussiya” (Dortmund) klubundan təklif alması ilə bağlı yayılan iddialıları isə təkzib edib: “Borussiya”dan heç bir təklif yox idi. Amma xəbərləri oxumuşdum. Son bir neçə həftə ərzində haqqımda yayılan transfer məlumatlarının 90 faizi yalandır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri