Koxalski “Qarabağ”dan gedir?
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.
“Qafqazinfo” Futbolinfo.az-a istinadən xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.
Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb. Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır. Bunun üçün isə daha yüksəksəviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.
Futbolçu əsasən ölkəsi Polşada “Vidzev” və “Lex” kimi klublardan rəsmi təklif alıb. Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, “böyük beşlik” ölkələrindən dəvət gözləyir.
Digər tərəfdən “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir. Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər. Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə Polşanın “Stal” klubundan keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Mart 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















