Icma.az
close
up
RU
Koxlear implantlı uşaqlar üçün mühüm layihə başa çatdı 200 nəfər maarifləndirildi

Koxlear implantlı uşaqlar üçün mühüm layihə başa çatdı 200 nəfər maarifləndirildi

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Koxlear implantlı uşaqların həyata adaptasiyası və valideynlərin maarifləndirilməsi" layihəsi 22 avqust 2026-cı il tarixində uğurla yekunlaşdı.

İki ay davam edən layihə "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilmiş, layihəyə Birliyin sədri Mehriban Hüseynova rəhbərlik etmişdir.

Layihənin əsas məqsədi koxlear implantlı uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına və həyata adaptasiyasına dəstək göstərmək, valideynlərin maarifləndirilməsini gücləndirmək, koxlear implant sahəsində çalışan mütəxəssislərlə ailələr arasında əməkdaşlığı, təcrübə və bilik mübadiləsini inkişaf etdirmək olmuşdur.

Layihə çərçivəsində hər biri 100 nəfərin iştirakı ilə iki genişmiqyaslı maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin koxlear implantlı uşaqların ifasında səsləndirilməsi ilə açılmışdır. Bu duyğulu və qürurverici məqam iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanmış, tədbirə xüsusi təntənə və mənəvi dəyər qatmışdır.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış həkimlər, LOR-cərrahlar, audioloqlar, surdoloqlar, loqopedlər, defektoloqlar, psixoloqlar, koxlear implant istifadəçiləri, valideynlər və digər aidiyyəti şəxslər iştirak etmişlər.

Tədbir zamanı iştirakçılar koxlear implant əməliyyatına aparan bütün mərhələlər barədə ətraflı məlumatlandırılmışlar. Dövlət dəstəyi ilə əməliyyatın həyata keçirilməsi qaydaları, eşitmə dərəcəsinin qiymətləndirilməsi, koxlear implant namizədlərinin seçilməsi meyarları, əməliyyat prosesi, əməliyyatdan sonrakı reabilitasiya, nitqin inkişafı, cihazdan düzgün istifadə, sosial adaptasiya və ailənin bu prosesdə rolu sahənin aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar və praktiki tövsiyələr əsasında geniş izah edilmişdir.

Tədbir çərçivəsində "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi təşkilatın fəaliyyət istiqamətləri və ölkədə koxlear implant sahəsi üzrə statistik göstəricilər haqqında geniş təqdimatla çıxış etmişdir.

 Bildirilmişdir ki, Birlik yarandığı gündən etibarən yüzlərlə eşitmə məhdudiyyətli uşağın koxlear implant əməliyyatına yönləndirilməsinə, dövlət dəstəyindən yararlanmasına, əməliyyatdan sonrakı reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərmişdir. Təqdim olunan statistik məlumatlar layihə iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd olunmuşdur ki, erkən diaqnostika, vaxtında aparılan koxlear implant əməliyyatı və düzgün reabilitasiya nəticəsində minlərlə uşaq bu gün eşidir, danışır, ümumtəhsil məktəblərində yaşıdları ilə birlikdə təhsil alır və cəmiyyətin fəal üzvləri kimi həyatlarını davam etdirirlər.

"Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi 2022-ci ildən fəaliyyət göstərir.

 Birliyin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların erkən aşkarlanmasına, vaxtında koxlear implant əməliyyatına yönləndirilməsinə, ailələrin düzgün məlumatlandırılmasına, dövlət dəstəyi mexanizmlərinin təbliğinə və əməliyyatdan sonrakı reabilitasiya prosesinin gücləndirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində keçirilən maarifləndirici tədbirlər valideynlərin çoxsaylı suallarının cavablandırılmasına, mütəxəssislərlə birbaşa ünsiyyət qurulmasına, təcrübə mübadiləsinin aparılmasına və iştirakçıların aktual mövzular üzrə dolğun məlumat əldə etməsinə mühüm töhfə vermişdir.

Layihənin yekunu olaraq ailələrin məlumatlılıq səviyyəsinin yüksəldilməsi, uşaqların reabilitasiya və sosial adaptasiya prosesinin daha səmərəli təşkilinə dəstək göstərilməsi, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur.

Tədbirin sonunda layihənin həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaşlara ,BUREAU 19 rəhbərliyinə, SWET EVENTS HALL Məkan rəhbərliyinə və Taleh Süleymanova təşəkkürnamə təqdim edilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

"Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi bundan sonra da eşitmə məhdudiyyətli uşaqların sağlam gələcəyi, keyfiyyətli reabilitasiyası, cəmiyyətə tam inteqrasiyası və onların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

"İkinci səs olaq, sükuta həyat verək!"
"Koxlear implant möcüzə deyil, elmin və dövlət dəstəyinin sayəsində minlərlə uşağa yenidən eşitmək, danışmaq və həyata bərabər imkanlarla qoşulmaq imkanı yaradan ən böyük ümiddir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Avqust 2026 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri