Icma.az
close
up
RU
Uşaqlar üçün Konstitusiya layihəsi uğurla başa çatdı

Uşaqlar üçün Konstitusiya layihəsi uğurla başa çatdı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Uşaqlar üçün Konstitusiya" layihəsi uğurla başa çatıb.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquq və vəzifələri uşaqlara onların yaş xüsusiyyətlərinə uyğun, sadə, anlaşıqlı və maraqlı formada çatdırmaq, uşaqlarda hüquqi maarifləndirməni gücləndirmək və erkən yaşlardan hüquq mədəniyyətinin formalaşmasına töhfə vermək olub.

Birliyin sədri Sevinc Fədai bildirib ki, layihə çərçivəsində Konstitusiyanın uşaqlar üçün əhəmiyyət daşıyan 10 maddəsi sadə dildə izah edilərək videoçarxlar hazırlanıb. 

Hər bir video uşaqların maraq dairəsinə uyğun vizual həllərlə təqdim olunub və onların hüquqlarını daha asan mənimsəməsinə xidmət edib. Layihə çərçivəsində Konstitusiya mətnləri yazıçı-jurnalist Tural Cəfərov tərəfindən uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla sadələşdirilərək hazırlanıb. 

Hazırlanan mətnlərin məktəbyaşlı uşaqlar üçün metodik baxımdan uyğunlaşdırılması və pedaqoji redaktəsi metodist Vüsalə Mustafayeva tərəfindən həyata keçirilib. Videoçarxların peşəkar səsləndirilməsi isə tanınmış dublyaj aktyoru Vüsal Murtuzəliyev tərəfindən icra olunub.

Bununla yanaşı, layihə çərçivəsində 10 maarifləndirici sosial media paylaşımı və 10 məqalə hazırlanaraq ictimaiyyətə təqdim edilib. Hazırlanan materiallar valideynlər, müəllimlər və uşaqlarla çalışan mütəxəssislər üçün də faydalı resurs rolunu oynayıb.

Layihənin mühüm istiqamətlərindən biri də uşaqlarla birbaşa görüşün təşkili olub. Bu məqsədlə Lerik şəhəri V. İbrahimov adına inteqrasiya təlimli internat tipli
gimnaziyada maarifləndirici təqdimat və oyunlar keçirilib, uşaqlarla interaktiv müzakirələr aparılıb, onların hüquqları və vəzifələri barədə sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılar Konstitusiya haqqında biliklərini artırmaqla yanaşı, hüquq və məsuliyyət anlayışlarını da daha yaxından mənimsəyiblər.

Layihə müddətində hazırlanan videoçarxlar və maarifləndirici materiallar sosial media platformalarında geniş auditoriyaya təqdim olunaraq minlərlə izləyiciyə çatdırılıb və müsbət ictimai maraqla qarşılanıb.

"Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi gələcək fəaliyyətində də uşaqların hüquqi maarifləndirilməsi, vətəndaşlıq şüurunun formalaşdırılması və onların hərtərəfli inkişafına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri