Icma.az
close
up
RU
KQB Adnanı necə ələ alıb? KONKRET

KQB Adnanı necə ələ alıb? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adnan Əhmədzadənin həbsi ətrafında mediada yayılan və yaxud ictimaiyyətə sızdırılan məlumatlar çoxaldıqca, suallar və təzadlar da artır. Və nəhayət, ortalığa küll halda böyük bir cinayət sxemi çıxır.

Nə baş verdi və narahatlığın səbəbi nədir?

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, ilk dəfə iyul ayının ikinci ongünlüyündə “Azəri Layt” markalı neftin üzvi xloridlə çirkləndiyi haqda məlumat yayıldı. Bu barədə xəbərlərin ardınca Ceyhan terminalında 19–23 iyul tarixlərində Azərbaycan neftinin yükləmə əməliyyatları tam dayandırıldı.

Açıq mənbələrdən öyrənirik: orqanik xloridlər (xüsusilə C1 və C2 sinifləri) adətən neft hasilatı zamanı korroziya inhibitoru və ya sintetik qatqı kimi istifadə olunur. Xam neftin nəqlindən öncə isə bu qatqılar təmizlənir.

Yəni: Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu 3 maye karbohidrogenlər (80–90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvi birləşmələr (4–5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su (maksiumum 10%-ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1–0,4 mq/l və daha artıq), üzvi turşuların duzlarının məhlulu və s. də daxildir.

Belə məlum olur ki, xloridlər neftin tərkibində qalır, sadəcə, müəyyən həddi keçəndə təhlükəli olur. Çünki yüksək temperaturda parçalandıqda xlorid turşusu əmələ gətirərək, həm boru kəmərlərinə, həm də neft emalı zavodlarının avadanlıqlarına ciddi zərər verə bilir. Bu baxımdan, xlorid çirklənməsi təkcə iqtisadi deyil, həm də texnoloji təhlükədir.

Bakı neftinin çirklənməsinə görə SOS-lar

Avstriya, Çexiya, İtaliya və Rumıniya iyulun ikinci yarısından başlayaraq, Azərbaycan neftində üzvi xlorid çirklənməsi ilə bağlı həyəcan təbili çalıb.

Çexiya Azərbaycandan aldığı 60 min kubmetr neftin çirkli olduğunu bildirib. “Mero” şirkəti ilə əməkdaşlıq çərçivəsində demək olar ki, 60 min kubmetr həcmində çirkli nefti Nelahozevesdəki Mərkəzi Neft Bazasında və Kralupy-nad-Vltavou NEZ-in çənlərində saxlayacağıq”, – məlumatda bildirilib.

Avstriyanın enerji şirkəti OMV də bəyan edib ki, Azərbaycan xam neftinin partiyalarında üzvi xlorid çirklənməsi aşkar edilib.

Rumıniyanın Energetika Nazirliyi isə Azərbaycandan alınan neftin çirklənməsinə görə “fövqəladə vəziyyət” elan edib. Söhbət 92 min ton xam neftdən gedir.

“92 min ton Azərbaycan xam nefti yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib”, – məlumatda bildirilib.

Daha sonra İtaliyanın “Eni SpA” şirkəti bəzi çirklənmiş yükləri satın aldığını və onların emal sisteminə daxil olduğunu açıqlayıb.

Bu, 4 ölkənin narahatlığı barədə mediada yayılan məlumatlardır. Dəqiq say və həcm bəlli deyil.

Bu xəbərlərin fonunda Ceyhan limanında tankerlərə Azərbaycan neftinin yüklənməsi dayandırılıb, hər şey geri qaytarılıb. Bəzi məlumatlarda satışın 4 gün, bəzilərində isə hətta 6 gün dayandığı bildirilir.

BP araşdırmaya başlayır

Məlumatın yayıldığı ilk vaxtlarda SOCAR heç bir sualı cavablandırmadı və bildirdi ki, buna BP cavab verməlidir – çünki BTC-nin operatorudur. Bu isə o demək idi ki, SOCAR xloridlə çirklənməyə görə hər hansı məsuliyyəti birmənalı inkar edirdi və çirklənmənin Ceyhan terminalındakı rezervuarlarda ola biləcəyini vurğulayırdı.

“BTC Co.-ya bəzi qarışıq yükləmələrdə orqanik xloridlərlə bağlı potensial keyfiyyət problemi barədə məlumat verilib. BTC Co. hazırda neft kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirir”, – BP rəsmi açıqlamasında bildirdi.

“Qiymətləndirmə nəticəsində bəlli olub ki, Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin varlığı mövcuddur. Həmin çənlər dərhal təcrid olunub. Yükləmələr yalnız spesifikasiyaya uyğun məhsul saxlanılan çənlərdən həyata keçirilir”, – bu da “BP-Azərbaycan”ın rəsmi açıqlaması.

Azərbaycana və SOCAR-a dəyən ziyanın miqyası

BTC ilə gündəlik ixrac 600 min bareldir. Əgər ixrac bir həftə dayanıbsa, onda ümumi ixracda 4,2 milyon barel itki baş verib.

Bəzi mütəxəssislərə görə, Azərbaycandan yuxarıda adı keçən 4 ölkəyə (mediada adı keçməyənlər də ola bilər) göndərilən yüz min tonlarla çirkli neftin hazırda orda anbarlarda saxlanılması xərci, daşınması, təmizlənməsi, lazım gələrsə, ultiraziyası ilə bərabər, neft şirkətlərinə təzminatlar da SOCAR tərəfindən ödənməlidir.

Bu insidentə görə Qazaxıstan BTC ilə neft nəqlindən 1,5 ay imtina edib – ölkə tranzit gəlirlərindən məhrum olub.

Həmçinin bu problemlər Azərbaycan neftinin qiymətinə təsir edərək onu ucuzlaşdırıb. Ticarətçilərə görə, həmin ərəfədə “Platts” (S&P Global Plc-nin bölməsi) tərəfindən aparılan qiymət pəncərəsində iki “Azəri Layt” nefti son dörd ilin ən aşağı səviyyəsində satılıb.

Bura Ceyhan limanındakı çirkəndiyi təsdiqlənən və təcrid edilən rezervuarlardakı nefti də əlavə etmək lazım gəlir.

Ziyanın həcmi bəlli deyil, ancaq bəzi ekspertlər ziyanın 0,5 milyard dollardan 2 milyard dollara qədər olduğunu iddia edir. Həmçinin hər zaman etibarlı tərəfdaş olan Azərbaycanın beynəlxalq imicinə böyük ziyan gəlib.

Adnanın nələr etdiyi niyə bilinməyib?

Yuxarıda qeyd etdik ki, fərqli məlumatlar ziddiyyətli təəssüratları genişləndirir.

2019-cu ildə analoji problemlə Rusiya qarşılaşmışdı: ölkənin satdığı neftdə üzvi xlorid aşkarlanmışdı. Bu üzvi xloridin rus neftinin tərkibində “bir milyonda 60” nisbətində olduğu üzə çıxmışdı, Avropada norma “bir milyonda 6-dır”.

Bu nisbətlərdəki simvoliklik bir daha təsdiqləyir ki, üzvi xloridin neftin tərkibində çox olmasının səbəbi bu maddənin “vurulması” ilə “daha çox qazanc” məsələsindən xeyli fərqlidir.

Bəs, onda səhlənkarlıq?

Az ehtimaldır! Ona görə də ikinci ehtimal – qarışdırılan neftlə bağlı məsələ gündəmə gəlir.

Təzadlı məlumatlar və açıq suallar

1. Adnan Əhmədzadə ilə bağlı ən son məlumatlarda bildirilir ki, o, Suriya və İran neftinin gizli yollarla Avropaya daşınmasında müstəsna rol oynayıb və nəticədə milyardlar qazanıb.

Bu iddianın SOCAR-a və Azərbaycana nə aidiyyəti?

2. Rusiyaya 2022-ci ildə tətbiq edilən sanksiyalardan sonra Adnan rus neftinin gizli yollarla satılmasına qoşulubsa, bu da Avropanın araşdıracağı bir prosesdir.

Amma rus neftinin “Azəri Layt”a qarışdırılması məsələsi mühümdür:

a) Rus nefti “Azəri Layt”a harada qarışdırılıb – Səngəçalda, Ceyhanda, yoxsa tankerlərdə?

Son ehtimal sıradan çıxır – çünki Ceyhan terminalındakı rezervuarlarda üzvi xlorid aşkarlanıb.

Adnan bunu necə bacarıb?

b) Rus nefti ilə “Azəri Layt”ın qarışdırılması yalnız “Azəri Layt” markalı neftdə kükürdün çoxalmasına, bir az da ağırlaşmaya səbəb ola bilərdi. Çünki “Urals”da kükürd Azərbaycan neftindən 4 dəfə çoxdur, həmçinin Bakı nefti yüngül, zəngindir və ona görə ən bahalılardandır. Bəs, xlorid hardan çıxdı?

Ya Rusiya Əhmədzadəyə “su qiymətinə” satdığı nefti səhlənkarlıqdan təmizləməyib, ya da bu, doğrudan da əməliyyatdır, Adnandan sui-istifadə edərək, onunla gizli şəkildə çalışan və ona milyardlar qazandıran çirkli şəriklərinin KQB tapşırığını yerinə yetirməsidir…

3. Azərbaycanlı bir şəxs – 1978-ci il təvəllüdlü Adnan Əhmədzadə illərlə Suriya, İran, Rusiya neftini Avropaya satır və Mİ6-nın, MOSSAD-ın, FBİ-nin bundan xəbəri olmur?

Murun İstanbuldakı vida çıxışından gördük ki, Mİ6 MİT-lə tam şəkildə informasiya mübadiləsi içərisindədir. BP-nin operatorluğunu etdiyi kəmərlə bağlı iddialar və Ceyhan limanındakı çənlərdə çirklənmələr var, ancaq Mİ6 və MİT-in xəbəri yoxdur?

Axı Rusiya ilə 2024-cü ilin 25 dekabrından çox ciddi problemlər yaşanır və Kremldə Azərbaycanı “yerində oturtmaq” üçün açıq şəkildə çağırışlar var. Bu halda hətta rus neftini kənarda alıb-kənarda satan, yəni Azərbaycana heç aidiyyəti olmayan bir proseslə bağlı olsa belə, Adnana kimlərsə ən azı xəbərdarlıq etməməli idi?

Hazırda Rusiyanın bəzi ekspertləri bu insidenti “Rusiyanın Azərbaycana xəbərdarlığı” kimi qələmə verirlər. Demək, bu, kəşfiyyatın əməliyyatı imiş və Mİ6, MİT belə qarşısını ala bilməyib?

4. Adnan Əhmədzadənin “Lukoyl” rəhbəri Vahid Əhmədovdan “108 milyon dollarlıq “Qalaktika Super Nova” yaxtasını” öz adına rəsmiləşdirdiyi haqda məlumat indi mediaya ötürülür. Bu barədə həmin yaxta “rəsmiləşəndə” heç kəs bilmirdi?

5. Adnan Əhmədzadənin piar üçün məşhurları Azərbaycana gətirməsi, onlara milyonlarla pul səpələməsi, yaxud digər piar və şəbəkə fəaliyyəti ilə bağlı hallandırılanlar da maraqlıdır.

Bu fəaliyyətlərin heç biri gizlin olmayıb, açıq edilib.

6. Hazırda onun ciddi şəkildə Rusiyaya işlədiyi və ya KQB ilə əlbirliyi və yaxud xarici kəşfiyyatın toruna düşdüyü haqda iddialar var.

Maraqlıdır, onun KQB-yə işlədiyini və yaxud KQB toruna düşdüyünü niyə biz 19 iyulda, “Azəri Layt” neftinin partiyalarında xlorid tapılanda “bilmişik”?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see318

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see214

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see210

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see209

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see204

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see187

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see180

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see177

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see177

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see173

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see169

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see167

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see160

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see159

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see157

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see156

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see156

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri